Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Jurnalistin öldürülməsi Azərbaycan üçün böyük bir ləkədir”

 

Döyülərək öldürülən jurnalist Rasim Əliyevin dəfn mərasiminə qatılan Müsavat Partiyasının başqanı Arif Hacılı KİV nümayəndələrinə açıqlama verib.

"Xeberinfo.com":   Musavat.com xəbər verir ki, Arif Hacılı jurnalistin öldürülməsini ölkədə jurnalistlərə göstərilən münasibətin nümunəsi kimi dəyərləndirib.Müsavat başqanı jurnalistin döyülməsinə səbəb olan futbolçunun da cəzalandırılmasını tələb edib: “Cavid Hüseynovun hərəkəti tərbiyəsizlik idi. Azərbaycan üçün uğursuz və lazımsız hərəkət idi. Ancaq bu hərəkətdən az qala qəhrəmanlıq obrazı düzəltməyə çalışdılar.
Bununla belə, həqiqəti deyənlər də tapıldı. Həqiqəti deyənlərdən biri də Rasim idi və o, bu şəkildə cəzalandırıldı. Azərbaycan hakimiyyəti I Avropa Oyunlarından sonra ölkəyə turist cəlb edəcəyini deyir. Ancaq hakimiyyət bilməlidir ki, öz facebook səhifəsində bir status yazan jurnalistin döyülərək, öldürülməsi Azərbaycan üçün böyük bir ləkədir. Bu, çox ciddi hadisədir.
Bu, bizim üçün, Rasimin ailəsi, dostları, Azərbaycan üçün böyük itkidir.
Bu hadisənin baş vermesi, törəməsi ümumi Azərbaycanda olan siyasi vəziyyətdir, ümumi özbaşınalıq və dərəbəylikdir. Bu, jurnalistlərə olan ümumi münasibətin təzahürüdür“.
Arif Hacılı Müsavat Partiyası olaraq, Rasim Əliyevin ölümündə günahkar olanların ən layiqli şəkildə cəzalandırılmasını tələb etdiklərini və Azərbaycan ictimaiyyətini də bu hadisəyə öz etirazını bildirməsini istədiklərini deyib: “Əgər futbolçunun da günahı varsa, o da hadisəni törədənlərlə birlikdə cəzalandırılmalıdır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam