Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Daha bir ölkə hicaba qadağa qoymağa hazırlaşır

 

"Xeberinfo.com":    Anspress-ə istinadən xəbərə görə, Estoniya hökuməti ictimai yerlərdə hicab geyinilməsinə dövlət səviyyəsində tam qadağa qoyulması məsələsinə baxmaq niyyətindədir. Bu ilk növbədə Avropa qaçqınların qəbulu üzrə proqram çərçivəsində ölkəyə gəlməsi gözlənilən müsəlman qadınlara aid ediləcək.

Ölkəyə digər mədəni ənənələr daşıyıcısı olan insanların gəlməsi ilə əlaqədar yarana biləcək problemlər təhlil edilməlidir. Bu barədə Estoniyanın sosial məsələlər üzrə naziri Marqus Tsaxna deyib.

Nazir ictimai yerlərdə hicab geyinilməsinin əleyhinə olduğunu bildirib. Onun sözlərinə görə, bu təhlükəsizlik ilə bağlı problemlərin yaranmasına gətirib çıxara bilər. 

"Biz onları əvvəlcədən xəbərdar edirik. Onlara xüsusi status vermək niyyətində deyilik", — deyə nazir bildirib.

O həmçinin Fransanı misal gətirərək bildirib ki, bu ölkədə sözü gedən qadağa artıq tətbiq edilib. Eyni zamanda M.Tsaxna vurğulayıb ki, bu cür məsələləri müsəlman əsilli qaçqınlar artıq ölkələrinə gələndən sonra həll etməyə başlayan Avropa ölkələri ciddi problemlərlə üzləşib. "Ona görə də Estoniya hakimiyyəti bunun qarşısını almalıdır ”, - deyə nazir bildirib.

12 iyun 2015-ci ildə Estoniya parlamentinin Avropa İttifaqı məsələləri üzrə komissiyası ölkədə Afrikadan olan 156 qaçqını yerləşdirməyə razılıq verib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam