Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Avstriyada uşaq bağçalarında hicab qadağan edilə bilər

 

Avstriya baş nazirinin müavini, dövlət xidməti və idman məsələləri üzrə nazir Xaynts-Kristian Ştrax ölkədə uşaq bağçalarında və ibtidai təhsil pilləsində hicabın qadağan edilməsini təklif edib

Yenixeber.org: Xaynts-Kristian Ştrax "Kronen Zeitung" qəzetinə müsahibəsində deyib ki, bu addım qızların 10 yaşa qədər həyatlarında dövlətin müdafiəsini hiss etməsinə, cəmiyyətə normal inteqrasiyasına imkan verəcək.

Baş nazirin müavini hesab edir ki, ibtidai təhsil mərhələsində hicaba qadağa qoyulması və ibtidai təhsil mərhələsində alman dilinin öyrənilməsi Avstriya cəmiyyətinə inteqrasiyanın əlavə qarantı olacaq.  Xaynts-Kristian Ştrax hicabın uşaqlar arasında parçalanmaya yol açır və inteqrasiyaya mane olur: "Bu isə hazırda müxtəlif təşkilat və birliklərdə təhlükəli paralel cəmiyyətlər yaradan siyasi islamın maraqlarına xidmət edir. Qabaqlayıcı tədbirləri ən gənc nəsildən başlamaq laxımdır, sonra çox gec olur".

Qeyd edək ki, 1 oktyabr 2017-ci ildə Avstriyada ictimai yerlərdə hicaba qadağa qoyulub. Bu qadağanı pozanlar 150 avro cərimələnir. Hicabı çıxarmaqdan imtina edənlər isə saxlanılır və polis şöbəsində ifadələri alınır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam