Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Kolbasalarda at-eşşək əti tapıldı

 

bitmap-img6


Türkiyənin Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyi bu ölkənin məşhur firmalarına məxsus ət məhsullarında at, eşşək və donuz əti aşkarlayıb.

 

"Xeberinfo.com":   Nazirliyin yaydığı açıqlamada deyilir ki, məhsullarında icazə verilməyən qatqılar aşkarlanmış şirkətlərin siyahısında bir çox ölkələrə, o cümlədən də Azərbaycana məhsul ixrac edən tanınmış firmaların adı var.
Virtualaz.org saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, müayinələrin nəticələrinə görə, kolbasa və sosislərdə at və eşşək ətinə, ətçəkəndən keçirilmiş və dilimlənmiş ət qablaşdırmalarında isə donuz ətinə və piyinə rast gəlinib. Yağlı pendir və kərə yağlarında isə heyvan piyləri aşkarlanıb.
Məsələn, “Nazifoğlu” firmasının istehsal etdiyi, 100 faiz dana əti olduğu iddia edilən kolbasalara at və eşşək əti qarışdırılıb.
“Çiftarslanlı” markası adı istehsal olunan  “Çiftarslanlı” ət və ət məhsullarına da at və eşşək əti vurulduğu aşkarlanıb.
“Elmalı çifliyi” markalı kərə yağlarının jelatin və heyvan yağları qarışdırıldığı bəlli olub.
 
“Akdeniz” və “Onurköy” əmtəə nişanlı qatıq və yoqurtlara bitki mənşəli yağlar və jelatin qatılıb.
 
“İlgaz yaylası” markalı tulum pendirinin tərkibinə nişasta vurulub.
 
“Bacanaklar Güldem Süt” firmasının pendirinin tərkibinə günəbaxan yağı vurulub.
“Balderesi” markası ilə istehsal edilən süzmə çiçək balının tərkibində şəkər və qatqılar aşkarlanıb.
“Milenyum pide” markalı məhsullara donuz əti qatılıb.
Xatırladaq ki, bu firmaların məhsulları Bakının marketlərində də satılır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam