Redaktor seçimi
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Günün xəbəri

“Dövlət qurumları at və eşşək əti satanlardan haqq alır” -Deputatdan şok açıqlama

“Dövlət qurumları at və eşşək əti satanlardan haqq alır” -

 

Milli Məclisin deputatı Fazil Mustafa Azərbaycanda son günlər yaranan at və eşşək əti qalmaqalıyla bağlı sərt ittihamlarla çıxış edib. 
Yenixeber.org:   BakiPost.az-a açıqlama verən millət vəkili deyib ki, aidiyyəti qurumlar, bu işə nəzarət edən dövlət təşkilatları at və eşşək əti satanlardan haqq alır:"Qanunvericiliyə görə belə işlərlə məşğul olanları cəzalar gözləyir. Lakin aidiyyəti qurumların səhlənkarlığı, yaxud da üzgörənliyi ucbatından vətəndaşlarımızın həyatını təhlükəyə atan, insanlara murdar ətlər yedirdən insanlar nəinki məsuliyyətdən yaxa qurtarır, hətta illərlə öz əməllərini davam etdirə bilirlər. Hamı bilir ki, harda nə kəsilir, niyə kəsilir. Sadəcə kimsə vaxtında "nəyisə” çatdırıb verə bilmir, ona görə də nəzarət edən qurumlar tərəfindən ifşa olunur”. 
F.Mustafa bu problemin Milli Məclisdə qaldırılacağını bildirib: "Əhaliyə at və eşşək ətlərini başqa mal-heyvan əti əvəzinə yedirirlər. Bu da çox təhlükəli bir tendensiyadır. Hesab edirəm ki, cəmiyyətdə buna qarşı müəyyən səslər yüksəlməlidir. Çünki bu, insanların qida zəhərlənməsinə səbəb ola bilər. 
Milli Məclisdə də bu məsələ qaldırılacaq. Amma bu, məsələnin yekunu deyil. Qurumlar var ki, onlar öz vəzifələrini yerinə yetirməlidir. Hüquq-mühafizə orqanları da bu işlərə nəzarət edən qurumlara xəbərdarlıq etməlidir”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam