Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

ŞOK! ŞOK! ŞOK! Xaçmazda 1000-dən çox eşşək və at əti naməlum ünvanlara paylanılıb

   Xaçmaz rayonunda meşə massivində xeyli sayda heyvan cəsədi tapılıb. "xeberinfo.com" APA-nın şimal bürosunun verdiyi məlumata istinadən xəbər verir ki, Xaçmaz rayonunun Qımılqışlaq kəndi ərazisində, avtomobil yolundan 250-300 metr aralıda meşə massivində təxminən 1000-dək at və eşşək cəsədi aşkar edilib. Meşə gözətçisi İlyas İlyasov deyib ki, bu vəzifəyə yeni təyin olunub, ərazini təhvil-təslim edərək bura baxış keçirdiyi zaman bu faktla qarşılaşıb. Onun sözlərinə görə, meşənin üç yerində bu cür heyvan məzarlığı var. O bu barədə artıq rəhbərliyə məlumat verdiyini də deyib. Ehtimal olunur ki, bu heyvanların ətindən kolbasa istehsalında istifadə olunur, cəsədlərin qalıqları əraziyə axşam saatlarında gətirilir. Movqe.az məsələ ilə əlaqədar Xaçmaz rayon Baytarlıq İdarəsinin rəisi Vasif Kəlbəliyevlə əlaqə saxlayıb. V. Kəlbəliyev bu barədə idarəyə məlumat daxil olmadığını söyləyib. Xaçmaz rayon Qımılqılaq Baytarlıq məntəqəsinin rəisi Zahid Nəsrullayev Movqe.az-a açıqlamasında bildirib ki, hazırda həmin əraziyə yollanır: "İndidən həmin heyvanların ətindən hansı məqsədlə istifadə olunduğunu söyləmək olmaz. Əgər meşədə belə kütləvi heyvan cəsədləri tapılıbsa deməli həmin heyvanların əti gizli yolla aparılıb. Amma demək olmaz ki kolbasa sexlərinə ötürülüb. Ola bilər satışa verilib. Yaxud hansısa restoranlarda istifadə edilib. Bunu hüquq mühafizə orqanları araşdırmalıdır".

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam