Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"ABŞ-ı külə döndərərik"

 

“İndi heç kim Amerikanın gücünə inanmır”.

    Rusiyada hökumətə yaxınlığı ilə tanınan məşhur telejurnalist Dmitri Kiselyov öz ölkəsinin ABŞ-ı radiaktiv külə döndərmək iqtidarında olduğunu bildirib.

"xeberinfo.com" ANN.Az-a istinadən xəbər verir ki, “New York Post”-un verdiyi məlumata görə, Dmitri Kiselyov özünün həftəlik proqramındakı açıqlamasında bildirib:

“Rusiya dünyada yeganə ölkədir ki, ABŞ-ı həqiqətən radioaktiv külə döndərmək iqtidarındadır”.

Kiselyov keçən il Rusiya prezidenti Vladimir Putin tərəfindən dövlət informasiya agentliyinin rəhbəri təyin edilib. ABŞ-ı nüvə silahı ilə təhdid edən Kiselyov nüvə bombasının partlayışını əks etdirən göbələk buludu fotosunun qarşısında dayanaraq çıxış edib.

Rəsmi Ağ Ev Krımda keçirilən referendumun qeyri-qanuni olduğunu bildirmiş və Rusiyanın bu bölgəni işğal etməklə, Ukrayna konstitusiyasını və beynəlxalq hüququ pozduğunu bəyan etmişdi.

Dünən Krımda keçirilən referendumun ilkin nəticələrinə əsasən, bölgə əhalisinin 95 faizi Rusiyaya birləşməyin lehinə səs verib. Krımın Rusiyameyilli baş naziri Sergey Aksyonov Krım parlamentinin bazar ertəsi toplaşacağını və Rusiyaya birləşmək üçün rəsmi müraciət edəcəyini bildirib.

ABŞ Senatının beynəlxalq əlaqələr komitəsinin rəhbəri senator Bob Menendez “Fox News Sunday”ə açıqlamasında bildirib ki, Putin “Rus ruleti” oynayır və ABŞ və Avropa “çox kəskin sanksiyalar tətbiq etməklə” tətiyi çəkməyə hazırdır.

Senator Cok Makkeyn isə böhranı belə adlandırıb:

“Bu, məsuliyyətsiz xarici siyasətin qaçılmaz nəticəsidir, indi heç kim Amerikanın gücünə inanmır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam