Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bakının məşhur məktəbində qalmaqal

 

Vaxtilə 20 saylı orta məktəbin sökülərək yenidən tikiləcəyi vədi verilmişdi. Və bu iş də icra olunmaqda idi. Amma birdən KİV-də məktəbin yerində park salınacağı xəbəri yayıldı. Bunu eşidən valideynlər və məktəbin pedaqoji kollektivi çaş-baş qaldı. Müvafiq qurum isə…

"Xeberinfo.com":  ANS TV-nin məlumatına görə, dünən (iyunun 8-də) 20 saylı orta məktəbin valideyn və müəllimləri bir araya gəliblər. Onlar bir şeyi bilmək istəyirdilər: bu təhsil ocağının taleyi necə olacaq?

Təhsil ocağının 400-ə yaxın pedaqoqu işsiz qalacaqlarından ehtiyatlanır. Bundan başqa, valideynlər də övladlarının mənzillərindən uzaq bir yerdə oxumasını istəmirlər.

Müəllimə Təranə Əliyeva təsdiqləyib ki, onların bura toplaşmağının bir səbəbi var: "Bilmək istəyirik ki, doğrudan da burada park olacaq? Ümumiyyətlə məktəbin qarşısında parkın olması təqdirəlayiq bir haldır. Buna baxmayaraq, biz məktəbin harada yerləşəcəyi barədə dolğun bir məlumat əldə etməq istəyirik”.

Valideyn Səbinə Salahova da yayılan xəbərlərdən narahat olduğunu deyib: “Biz sevinirdik ki, məktəbin yerində yeni məktəb inşa olunacaq. İndi bu məsələ necə olacaq? Bizim uşaqlarımız harada oxumalıdır? Mən burada yaşadığım halda uşağımı hansı bir məktəbə aparıb qoymalıyam?”.

Çox keçmədən Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova əraziyə gəlib. O, valideyn və müəllimlərlə söhbəti zamanı yaranmış fikirlərə aydınlıq gətirib. Bildirib ki, burda heç bir parkın tikilməsindən söz belə gedə bilməz: “Söylənilənlərin hamısı boş fərziyələrdir. Hazırda burada məktəbin tikintisi davam etdirilir”.

Bir sözlə, İcra hakimiyyəti rəsmisinin sözlərindən aydın olub ki, valideyn və müəllimlərin narahatlığına heç bir əsas yoxdur. Məktəb elə əvvəlki yerində tikilib təhvil veriləcək. Sadəcə dekabr ayına kimi gözləmək lazımdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam