Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

“Space“ rəhbərliyi Səidə Sultanı işdən çıxardı

 

bitmap-img6


"Space" telekanalında yayımlanan "Əsl şou"nun aparıcısı, müğənni Səidə Sultan işdən çıxarılıb

 

"Xeberinfo.com":   Məlumata görə, bu haqda Axşam.az-a jurnalist-aparıcı Tahirə Məmmədqızı xəbər verib. 
O, bundan sonra proqrama özünün aparıcılıq edəcəyini bildirib:
"Mənə aparıcılıq təklifi telekanalın rəhbərliyindən gəldi. Səidə Sultan efirdə işlətdiyi nalayiq ifadəyə görə işdən uzaqlaşdırıldı. Verilişin yaradıcı heyətində də dəyişiklik edilib. Peşəkar işçilər cəlb olunub. Həftənin bazar ertəsi yayıma başlayırıq. İlk qonaqlarım müğənni Manaf Ağayev, Aşıq Zülfiyyə və oğlu Babəkdir. Ola bilsin ki, mənimlə birlikdə verilişdə kişi aparıcı da yer alsın".
Qeyd edək ki, S.Sultan verilişdə qonağı müğənni Rəhim Rəhimlinin həmkarı Niyam Salami ilə bağlı dediyi "Niyam bir dəfə evlənib, boşanıb. Hələ ailə qurmasın" sözlərinə "Uşağın xətrinə dəymə, səni cıraram" cavabını vermişdi. 
Milli Televiziya və Radio Şurasının (MTRŞ) aparat rəhbəri Toğrul Məmmədov bu gün “Space” telekanalında yayımlanan “Əsl şou” verilişində yenidən qeyri-etik ifadələrin işlədilməsinə münasibət bildirib. Efirdə qeyri-etik ifadə işlədilməsindən xəbərdar olduğunu deyən MTRŞ rəsmisi bu dəfə kanala qarşı daha ciddi tədbir görüləcəyini qeyd edib:
“Biz “Space” telekanalından aparıcının efirdən uzaqlaşdırılması və veriliş barədə görülən tədbirlərlə bağlı əmrin surətini tələb edəcəyik. Əgər heç bir tədbir görülməyibsə, telekanal ciddi şəkildə cəzalandırılacaq”.
Bir neçə gün əvvəl sözügedən telekanalda yayımlanan “Günaydın” verilişində də nalayiq ifadələr işlədilmişdi. Qonaq yazar Əziz Musaoğlu ifaçı Mətanət Əsədovanın ünvanına "Mən aliməm, sən isə fahişəsən" sözlərini işlətmişdi. Məsələyə Milli Televiziya və Radio Şurası (MTRŞ) münasibət bildirib. Telekanal rəhbərliyi üzr istəyərək, "Günaydın" verilişini bağlayacaqlarını söyləyib.

Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam