Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

Mənzurə ilə Əlikram toy üstündə dalaşdı - QALMAQAL

 

       Müğənni Mənzurə Musayeva ilə Əlikram Bayramov toy üstündə dalaşıb.

Yenixeber.org: Bu haqda Əlikram “Onun sirri” verilişində deyib. O bildirib ki, günah onda olub:

“Mənzurə Musayeva ilə aramızın dəyməsinə günahkarı mənəm. Mən dostuma inanmamalıydım. Apreldən bu yana küsmüşük. O gündən danışmamışıq, söhbətimiz olmayıb. Apreldə pandemiya dövrü idi. Rusiyada tədbirlər gedirdi. Bir çox sənət dostu getdi orada oxudu. Mənzurəyə Kazandan təklif gəldi, o da mənimlə getməyi təklif etdi. Razılaşdım, ardından başqa bir dostum zəng vurdu ki, bir gedək. Mənzurə xanımın planı qaldı bir kənarda. Həmin adam dedi ki, gəl, sonra Mənzurəyə deyərik. Getdik, gördüm o qədər pul yoxdur, iş vermir. Mənzurəyə demədim. Sonra özü gəldi, hər şeyi yıxdılar mənim üstümə. Qəlbi məndən küsüb. Dost idik, ona deməli idim. Sonra da mənə onun dilindən sözlər dedilər. Məni qızışdırdılar ki, sənin haqqında nələrsə deyib. Mən də əsəbləşdim, özümə hakim olmadım. Danışdım, sonra peşman oldum. Xanım idi, bəlkə heç elə deməmişdi”.

Daha sonra studiyaya gələn Mənzurə kövrəlib və “Sən məni tapdalayıb ora getməməli idin. Bir xanım olaraq qəlbim sınmışdı. Etiraf etdiyi üçün onu bağışlayıram. Mənim telefon danışıqlarımı ona, onun səsini mənə atırdılar. Düşünürdüm ki, Əlikram deyəcək, birlikdə gedək. Bir də gördüm həmin adam mənə yazdı ki, Əlikram buradadır” sözlərini söyləyib.(axsam.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam