Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Leyla Yunus yenə prokurorluğa getmədi

 

Hüquq müdafiəçisi jurnalistləri özünə qarşı gözlənilən hücumdan ayıq olmağa çağırdı
"Xeberinfo.com": Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və həyat yoldaşı Arif Yunus yenidən Baş Prokurorluğa çağırılıb. İndiyə qədər iki dəfə Prokurorluğa çağırılan Leyla Yunus sənədlərinin qanunsuz olaraq, hüquq mühafizə orqanları tərəfindən saxlanılmasını əsas gətirərək, ifadə verməyə getməkdən imtina etmişdi. 
Bu barədə musavat.com-a hüquq müdafiəçisinin özü məlumat verib. O, bir daha Prokurorluğa etibar etmədiyini bildirib: “  Bu gün 22 iyul 2014-cü il tarixində saat 13:45-də Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cinayətlər üzrə müstəntiqi İbrahim Ləmbəranski mənə zəng etdi. Artıq 4 -cü dəfə məndən və yoldaşım Arif Yunusdan Baş Prokurorluğa dindirilməyə gəlməyimizi tələb etdi.
Mən yenə də onlardan bu qanunsuzluğa son qoymalarını tələb etdim. Və qeyd etdim ki, ərimin və mənim aeroportda alınan sənədlərimizi,  geri qaytarandan sonra dindirilməyə gələcəyik. Biz qanunu pozan prokurorluğa etibar etmirik.
Əziz jurnalistlər, ayıq -sayıq olun. Yeni hücumlar ola bilər”.
Qeyd edək ki, Leyla Yunusla bağlı istintaq bu ilin aprelindən başlayıb. O, “erməni işi” çərçivəsində istintaqa cəlb olunaraq, ölkədən çıxmasına qadağa qoyulub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam