Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

"İnsan həyatı üzlüklərə xərclənən vəsaitlə müqayisə edilə bilməz"

 

Xərcinin hansı məbləğlə ifadə olunmasına baxmayaraq yaşayış binalarına vurulan üzlüklərin qısa zamanda sökülməsi vacibdir.
"Xeberinfo.com":   Məlumata görə, bunu musavat.com əməkdaşı ilə  söhbətdə iqtisadçı alim Vüqar Bayramov deyib. Onun sözlərinə görə, dünənki yanğın hadisəsi əslində yeni tikililərdə təhlükəsizlik qaydalarına nəzarətin gücləndirilməsi baxımdan bir mesaj olmalıdır. Eyni zamanda əvvəllər inşa edilən binalarda təhlükəsizlik qaydaların yoxlanması üçün xüsusi nəzarət komissiyasının yaradılmasına ehtiyac var. Bütün yeni inşa edilən binaların yenidən ekspertizadan keçirilməsi vacibdir. Üzlüklərin xərcini heç bir halda insanların həyatı ilə müqayisə etmək olmaz. Bir insan həyatı da bütün üzlüklərə xərclənən vəsaitlə müqayisə edilməməlidir. İnsan həyatının dəyəri  üzlüklərə çəkilən xərclə heç zaman müqayisəyə gələ bilməz. Bütün hallarda, bu üzlüklərin sökülməsi iqtisadi deyil, təhlükəsizlik baxımdan qiymətləndirilməlidir. 
Vüqar Bayramov bildirib ki, keyfiyyətsiz və tezalışan üzlüklərdən nə üçün bir sıra binalarda istifadəsi səbəblərinin də ətraflı araşdırılması vacibdir.  Dövlət vəsaitinin nə üçün belə təhlükəli üzlüklərin alınmasına və istifadəsinə xərclənməsi səbəbləri aydınlaşdırılmalıdır və təbii ki, buna imkan yaradanların cəzalandırılmasına ehtiyac var.
Musavat.com

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam