Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Abutalıbovun növbəti uğursuz "penoplast" əməliyyatı

 

Bir qədər bundan əvvəl Bakıda çoxmərtəbəli binalardan daha biri alışdı. Binəqədi rayonu ərazisində, Azadlıq prospekti 289 ünvanında yerləşən 16 mərtəbəli binanın da yanmasına səbəb yenə onun fasadına çəkilən üzlüyün alışması oldu.

"Xeberinfo.com":  Hansı ki, bu artıq ilk hadisə deyil. Bir-necə həftə bundan əvvəl də, Bakıda eyni hadisə baş vermişdi. Nobel prospektindəki 9 mərtəbəli bina məhz fasadına çəkilən üzlüyün alışması nəticəsndə yanmışdı.
Həmin yanğın insan itkisi olmadan ötüşsə də, əslində böyük təhlükənin siqnalını vermişdi. Belə ki, binanın fəsadının bir anda od tutub yanması son vaxtlar Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən binalara çəkilən üzlüklərin insanların həyatı üçün nə qədər təhlükəli olduğunu ortaya qoydu. Söhbət binalara üzlük kimi vurulan penoplast materialından gedir. Bu kauçuk üzlüklər tezalışan materiallardan hazırlanır və buna görə də insanların həyatı üçün böyük təhlükədir. Eyni zamanda bu üzlüklər çəkildikdən sonra mənzillərin havalanmasında da ciddi problemlər yaranır.
1bin-300x225Hələ birinci yanğından əvvəl ekspertlər dəfələrlə mediada çıxış edərək, binaların penoplast materialı ilə üzlənməsinin çox təhlükəli olduğunu vurğulayırdılar. Ancaq həm Bakı Şəhər İcra Hakimiyyəti, həm də Abutalıbovun “tenderlərdə” fasadları “gözəlləşdirmək” üçün seçdiyi şirkətlərin təmsilçiləri bu fikirləri inkar edir, penoplastların yanğına davamlı olduğunu iddia edirdilər.
Nobel prospektində yanan bina bu fikirlərin cəfəngiyyat olduğunu göstərdi. Binanın üzlüyünün bir anda alov alması penoplast materialların kağız kimi yanma xüsusiyyətinə malik olduğunu ortaya qoydu. Kiçik bir qığılcımın 10 saniyə içərisində bütün mərtəbələri əhatə etməsi bu materialın nə dərəcədə təhlükəli olmasının əyani sübut etdi.
Bundan sonra təkcə ekspertlər deyil, deputatlar, ictimaiyyət nümayəndləri də, hətta günəş şüası ilə alışa bilən bu plastik üzlüklərin yayda 40-50 dərəcə istinin olduğu, siqaretin çəkilib küçələrə atıldığı Bakının binalarına yapışdırmasının ağır nəticələri ola biləcəyini bildirdilər. Çox ağır kimyəvi bir materialdan hazırlanan bu penoplastlar həm də ona görə təhlükəlidir ki, yanan zaman öldürücü qoxusu hər yeri basır. Yay vaxtı belə hadisənin baş verməsi böyük fəlakətə səbəb ola bilər.

Ancaq təəssüf ki, nə baş verən yanğından, nə də ekspertlərin fikirlərindən dərs götürülmədi. Nəinki binalara çəkilən üzlüklər söküldü, əksinə fasadlara penoplastın çəkilməsi davam etdirildi. Araşdırmalara görə, hazırda Bakıda 11-ə yaxın inşaat dəstəsi çalışır və sakinlərdən heç bir razılıq alınmadan evlərə polistrol, penoplast və ya poliuretan üzlüklər çəkilir. Bu isə faktiki olaraq binalara saat mexanizmli minaların yerləşdirilməsi deməkdir. Bütün xəbərdarlıqlara, çağırışlara rəqmən Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən binaların fasadlarının penoplastla “minalanmasının” mümkün səbəbləri ilə bağlı saytımızda geniş yazı dərc olunub.

baku_building_fire_190515_03Odur ki, təkrarlamaq istəmirik. Sadəcə xatırladaq ki, binalara Çindən gətirilən ucuz penoplast üzlüklərın çəkilməsinin ya milyonlara qənaət edilməsi, ya da milyonların mənimsənilməsi səbəbindən baş verdiyini vurgulamışdıq. Hər iki halda bu, insanların həyatı ilə oynayaraq, 100 minlərlə paytaxt sakinini təhlükəyə ataraq həyata keçrilir. Hər halda penoplast üzlüklər çəkilən bütün binaların sakinləri minalanmış ərazılərdə yaşayan insanlar kimi hər an faciənin baş verməsini gözləyirlər.
Bu gün də məhz həmin “minlardan” biri partladı və gözlənilən növbəti faciə baş verdi. Dövlətə və insanlara dəyən maddi ziyan bir yana, artıq tələfat da baş verib. İlkin məlumatlar göstərir ki, bu dəfə faciənin miqyası daha böyük olacaq. Artıq 4 nəfərin öldüyü, 15 nəfərn yaralandığına dair məlumatlar təsdiqlənib. Ümid edirik ki, ölümlərin sayı daha artıq olmaz.
Ona da ümid edirik ki, ötən yangından dərs almayanar heç olmasa bu dəfəki faciədən nəticə çıxarar. Və baş verəcək daha böyük faciələrin qarşısını almaq üçün binaların penoplastla “minalanması” dayandırılar, çəkilənlər digər yangına davamlı materiallarla əvəz olunar.
Eyni zamanada inanırıq ki, Bakını belə təhlükəylə üz-üzə qoyanların, nəhayət, məsuliyyətə cəlb edilməsi məsələsinə baxılacaq.  Hər halda baş prokuror Zakir Qaralovun fikirləri buna ümid yaradır. Sitat: “Yanğına ilkin səbəb binanın üzlük örtüyünün lazımı keyfiyyətdə olmamasıdır. İcra orqanlarından təhvil-təslim aktları götürülüb. Bu hərəkətə lazımi qiymət veriləcək”.”
Bir nəfərin ölümünə səbəb olmaq belə cinayət məsuliyyəti yaradır. Bu CİNAYƏTƏ GÖRƏ KİM CAVAB VERƏCƏK?

AzPolitika.info


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam