Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

İnterpol Müdafiə Nazirliyinin sabiq əməkdaşını həbs etdi

 

 

Moskvanın “Domodedovo” hava limanında Azərbaycan Müdafiə Nazirliyinin keçmiş əməkdaşı saxlanılıb. 


   Beynəlxalq axtarışda olan bu şəxs Rusiyanı tərk etməyə çalışıb. 

    "xeberinfo.com" Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiya DİN-in İrkutsk vilayəti üzrə idarəsinin saytında şübhəli şəxsin saxlanması barədə məlumat yer alıb. Onun saxlanması İnterpolun İrkutsk bölməsinin və DİN-in birgə əməkdaşlığı sayəsində mümkün olub. Aeroportda saxlanılan bu şəxsin Azərbaycanda fırıldaqçılıqda ittiham edilərək axtarışa verildiyi bildirilir. 

   Hüquq-mühafizə orqanlarının versiyasına görə, 2010-cu ildə o, Müdafiə Nazirliyinin əməkdaşı olarkən bəzi mühasibatlıq sənədlərinin hazırlanmasında saxtakarlığa yol verib. Beləliklə də 125 min dollar mənimsənilib. 

    O, mühakimədən yayınaraq 2011-ci ildə başqa adla Rusiya sərhədini keçib. İrkutsk vilayətinin Nijneudinski rayonunun Xudoelanski kəndinə gedib. 

    Ancaq hüquq-mühafizə orqanları onun şəxsiyyətini müəyyənləşdirib. Lakin şəxs qəfildən izi itirərək yoxa çıxıb. Məlum olub ki, Rusiyanı tərk etməyə çalışır. Bundan sonra hazırlanan birgə əməliyyatla adı açıqlanmayan şəxs aeroportda saxlanılıb. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam