Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

SDU-da bazar qanunları hökm sürür

 

“Sumqayıt Dövlət Universitetində yay imtahan sessiyasının başlanması ilə əlaqədar kütləvi rüşvətalma kampaniyasına başlanılıb”.
"Xeberinfo.com":  Məlumata görə, bununla bağlı informasiya Editor.az-a universitetdəki mənbələrdən daxil olub.
Mənbənin sözlərinə görə, hətta oxuyan uşaqlar da bir neçə yüz manat pulundan keçməli olur:
“Nadir Qəhrəmanov bu universitetə rəhbərlik etdiyi dövrdən bu ali məktəbin adını “dollar universitet” qoymuşdular. Elxan Hüseynov Sumqayıt Dövlət Universitetinə rəhbər təyinatı alandan sonra hamı bu vəziyyətin dəyişəcəyinə ümid edirdi. Hesab edirdik ki, Elxan Hüseynov Bakı Dövlət Universiteti kimi qocaman ali təhsil ocağında prorektor olub, Azərbaycan Türkmənistanda səfir kimi təmsil edib. Bütün gözləntilərimiz puç oldu. O, nəinki yaxşı mənada fərqlənə bildi, əksinə, universitet mənfi istiqamətdə geriyə getdi. Bu gün Sumqayıt Dövlət Universitetində “şirinlik” vermədən, hər sessiya öncəsi 500-700 manat arası pulundan keçmədən, sessiyanı kəsirsiz başa vurmaq mümkün deyil. Bütün tədris müddətində tələbələrə şərait yaradılır ki, dərs qaiblərini çoxaltsınlar. Sessiyanın sonunda isə bunun haqq-hesabı çəkilir. Ardınca imtahanlarda tələbələrdən pul alınır. Özü də bütün bu prosesin başında universitetin rektoru Elxan Hüseynov dayanır”.
Editor.az məsələyə Sumqayıt Dövlət Universitetindən münasibət öyrənmək istəsə də, universitetin web-saytında əlaqə telefonları yerləşdirilmədiyinə görə, onlarla əlaqə yarada bilməyib.
Qarşı tərəfi də dinləməyə hazırıq...
Editor.az

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam