Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

Unversitetin bütün dekanlarından istefa ərizəsi alındı

 

 

Sumqayıt Dövlət Unversitetində bütün dekan və dekan müavinlərinin işdən azad edilmək barədə ərizələri alınıb. 

 

   “xeberinfo.com”: Buna səbəb  SDU-nun  bir müddət öncə vəzifəsindən çıxarılmış rektoru Nadir Qəhramanovun, dolayısı ilə  eks- Təhsil naziri Misir Mərdanovun  kadrlarını ali məktəbdən təmizləməkdir. Qeyd edək ki, SDU  Nadir Qəhramanovun dönəmində  rüşvətxorluğa  görə  ölkənin  ən  öndə gedən ali təhsil  müəssələrindən biri  sayılırdı. Təhsil naziri Mikayıl Cabbarovun sərəncamı ilə  SDU-ya  prorektor təyin olunan və  rektorun vəzifələrini icra edən  BDU-nun keçmiş prorektoru  Elxan Hüseynovun  gəlişindən sonra  isə ali məktəbdə vəziyyət  dramatikləşib. Əldə etdiyimiz məlumata görə, bir  müddət öncə,  prorektorun  nəzarəti altında dokturanturaya  imtahan keçirilib. Əvvəlki rektorun dövründə  dokturanturaya qəbul olunmaq üçün pul verənlərin hamısı bu imtahandan kəsilib. İmtahanın şəffaf keçdiyi bildirilir.  Bir neçə gün öncə isə Elxan Hüseynov SDU-nun bütün dekan və dekan müavinlərindən işdən azad edilmək üçün ərizə alıb.

Əvvəllər BDU-da prorektor vəzifəsində çalışan  Elxan Hüseynovun  rektor təyin olunmaq üçün prezidentə təqdimatının göndəriləcəyi də bildirilir.   

Xatırladaq ki, keçmiş rektor Nadir Qəhrəmanov  keçmiş təhsil naziri Misir Mərdanovun kadrı və dostu sayılırdı. Bir müddət öncə, N.Qəhrəmanov tutduğu vəzifədən istefa verib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam