Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

318 milyonu hara xərclənib?- “Beynəlxalq Bank işi”

 

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Dubay filialının həbsdə olan müdiri Adil Hüseynovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 4 ay artırılıb.

 

Xeberinfo.com:   Məlumata görə, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 2 mart 2016-cı il tarixinə qədər uzadılıb.


Bu ilin may ayında həbs edilən A.Hüseynov “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Dubay filialının rəhbəri olub. A.Hüseynov istintaqa ifadəsində bildirib ki, o, filial rəhbəri olarkən Beynəlxalq Bankın İdarə Heyətinin sədri vəzifəsində çalışmış Cahangir Hacıyev, İdarə Heyəti sədrinin birinci müavini Emil Mustafayev və digər rəhbər şəxslərin göstərişi ilə hərəkət edib. O, 318 milyon manat vəsaitin xərclənməsində birbaşa rəhbərlik tərəfindən göstəriş aldığını bildirib. Kreditlərin verilməsinə isə birbaşa həmin vaxt İdarə Heyəti sədrinin birinci müavini vəzifəsində çalışmış Emil Mustafayevin şəxsən özü nəzarət edib.

A.Hüseynov 318 milyon manat pulun dələduzluq yollu ilə ələ keçirməsində ittiham olunub. Həmin məbləğin böyük bir hissəsini Dubayda iki zavodun tikilişinə sərf edildiyi bildirilir.
Qeyd edək ki, A.Hüseynova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi il cinayət işi açılıb. O, Hacı Məmmədovun dəstəsi tərəfindən qətlə yetirilmiş polkovnik Fətulla Hüseynovun oğludur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam