Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

"Beynəlxalq Bank işi"nə görə tutulanların həbs müddəti uzadıldı

 

Azərbaycan Beynəlxalq Bankı ilə bağlı başlanılan cinayət işi üzrə saxlanılan şəxslərin həbs müddətinin uzadılmasına başlanılıb. 

Xeberinfo.com:   Vəkil Kamandar Nəsibovun verdiyi məlumata görə, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə bir neçə nəfərin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti bu gün uzadılıb: “Növbəti günlərdə digər təqsirləndirilən şəxslərin də barələrində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılmasına baxılacaq. Bu gündən artıq prosesə başlanılıb”.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı ilə bağlı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və digər maddələrinə əsasən cinayət işi başlanılıb. Bankdan yüksək məbləğdə kredit götürərək vəsaitləri qaytarmayan bankın sabiq məsul vəzifəli əməkdaşları və iş adamları - Beynəlxalq Bankın Mərkəzi filialının direktoru olmuş İlqar Abdullayev, Beynəlxalq Bankın Nəqliyyat filialının direktoru vəzifəsində işləmiş Kənan Orucov, Azərbaycan Beynəlxalq Bankın Dubay filialının müdiri Adil Hüseynov, Beynəlxalq Bankın inzibati binalarının mühafizəsini həyata keçirən “İnter Security” MMC-nin baş direktoru İbrahim Hüseynov, “Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənov, “Azərinşaatservis” MMC-nin təsisçisi olduğu “Trek İnvest” SC-nin direktor əvəzi Əli Əlişov və “İnter Glass” ASC-nin direktoru Fariz Muradov və digər bir neçə nəfər həbs olunub. 

Bundan əlavə bankın sabiq rəhbəri Cahangir Hacıyev də istintaqa cəlb olunub. O, iş üzrə bir neçə dəfə ifadə verib.

Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam