Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

Eks deputat niyə indi həbs olundu?

 

Beynəlxalq Bankdan yüz milyonlarla manat kredit götürən və qaytarmayan iş adamlarından biri, keçmiş deputat Dünyamin Xəlilov Bakı İstintaq Təcridxanasına (BİT) köçürülüb.

Xeberinfo.com:  Eks-deputat buna qədər DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin təcridxanasında saxlanılırdı. Fevralın 20-də onu BİT-ə köçürüblər. D.Xəlilovun barəsində Nərimanov Rayon Məhkəməsi ötən ilin mayında 3 aylıq həbs-qətimkan tədbiri seçmişdi.

Məlumata görə, “Yeni Müsavat” yazır ki, bu vaxta qədər Dünyamin Xəlilovu təcridxanaya salmırdılar və onu müntəzəm qaydada dindirərək buraxırdılar. Nəhayət, ötən il dekabrın sonlarında D.Xəlilovun “Global Construction” şirkətinin Beynəlxalq Bank işi üzrə həbs olunmuş sıravi işçilərindən bir neçəsini həbsdən buraxdılar. Onların yerinə oliqarxın özü həbs olundu. O, Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevlə təcridxanada bir neçə dəfə üzləşdirilib. D.Xəlilov bankdan götürdüyü kredit hesabına Bakıda “Globus Plaza” ticarət mərkəzini də tikmişdi. Onun adı mətbuatda banka ən çox borcu olanlardan biri kimi keçirdi. Deyilənə görə, D.Xəlilov Beynəlxalq Bankdan 1 milyard 700 milyon manat (!) kredit alıb, həmin krediti geri ödəməyib. Bakıda, Rusiya səfirliyi yaxınlığında elit “Saatlı bina”nın sahibi idi.

D.Xəlilovun Beynəlxalq Banka borcu ilə bağlı qalmaqal 2011-ci ildə başlayıb. O, 2005-ci ildə Beynəlxalq Bankın səhmdarı olub. 2005-2010-cu illərdə parlamentin deputatı olmuş D.Xəlilov Cahangir Hacıyevin qohumudur və işçisi olub. C.Hacıyevə məxsus “Şəki Bazar” və “Şəki Ət Kombinatı” ASC-ni uzun müddət D.Xəlilov idarə edib. Maraqlıdır ki, Beynəlxalq Bankın bir filialı uzun illər “Globus Plaza”nın üçüncü mərtəbəsində yerləşib. Yalnız bu iş üzrə həbslər başladıqdan sonra bankın fəaliyyəti dayandırılaraq oradan köçürülmüşdü. D.Xəlilovun fevralın 20-nə qədər həbs olunmamasının əsas səbəbi kimi onun banka olan borclarını qaytarması göstərilir. Qeyd edilir ki, D.Xəlilov azadlıqda olduğu aylar ərzində ən müxtəlif xarici ölkələrdəki tanışları ilə əmlaklarını satın almaları üçün danışıqlar aparıb. Həmin danışıqların elə də ciddi nəticə vermədiyi və sonda eks-deputatın həbsinə qərar verildiyi bildirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam