Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

“Ciddi nöqsanlar ola bilməz”

 

Azərbaycan fermerlərinə subsidiyaların verilməsində bəzi kənarlaşmalar istisna edilmir, lakin ciddi nöqsanlar ola bilməz. 

"Xeberinfo.com":  “APA-Economics”in xəbərinə görə, bu barədə kənd təsərrüfatı naziri Heydər Əsədov Azərbaycan Dövlət Televiziyasının efirində deyib.
“İstənilən şəxs nazirliyin, o cümlədən “Aqrolizinq” ASC-nin saytına girərək hansı fermerin nə qədər subsidiya aldığını görə bilər (məlumatlar “Subsidiyalar” bölməsində yerləşdirilib – red.). Subsidiya alan şəxs barəsində bütün məlumatlar ictimaiyyət üçün açıqdır. Bizim qeyri-hökumət təşkilatlarına, vətəndaşlara, maraqlı qurumlara müraciətimiz də var ki, əgər vətəndaşlar əsassız olaraq subsidiya alan şəxsi görürsə, bizə şikayətini bildirə bilər. Bir sözlə, ictimai qınaq mexanizmi təmin olunub”, – deyə nazir qeyd edib.
H. Əsədov istisna etmir ki, “bəzi kənarlaşmalar” ola bilər. “Ümumilikdə mən qəti şəkildə bəyan edirəm ki, bu sahədə ciddi nöqsanlar ola bilməz. Mümkün deyil. Bununla yanaşı, çox yaxın vaxtlarda bizim “elektron kənd təsərrüfatı” layihəsinin “Subsidiyalar” bölməsi işə salındıqdan, o cümlədən ortofoto (səmadan çəkilən torpağın görünüşü) işə düşdükdən sonra, biz bu məsələləri minimuma endirəcəyik”, – deyə nazir əlavə edib.
O bildirib ki, “aralıq modulu”nun tətbiqi xeyli vəsaitin qənaət olunmasına səbəb olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam