Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Çanaqqalada 20 ölkənin dövlət başçısı iştirak edəcək

 

Aprelin 23-də İstanbulda keçiriləcək Sülh Zirvəsi və 24-25 aprel tarixlərində Çanaqqalada quru savaşlarının 100 illiyi ilə əlaqədar keçiriləcək mərasimlərində 20 ölkənin dövlət başçısı iştirak edəcək. 

"Xeberinfo.com":  Məlumata görə, bu barədə APA-ya Türkiyə Mətbuat-Yayim və İnformasiya Baş İdarəsinin İstanbul Vilayət Şöbəsindən bildirilib.
Məlumatda qeyd edilib ki, 23-25 aprel tarixlərində İstanbul və Çanaqqalada keçiriləcək tədbirlərdə 20 ölkənin dövlət başçısı, 3 ölkənin parlament spikeri, 3 ölkənin vitse-prezidenti, 5 ölkənin baş naziri, 2 keçmiş prezident, 28 nazir, 7 nazir müavini, 5 beynəlxalq təşkilatın baş katibi iştirak edəcəklər. Toplantı və mərasimlərə 73 ölkədən gəlməsi təsdiqlənmiş qonaqlar qatılacaq. Türkiyə də daxil olmaqla, 35 ölkədən 1400 media mənsubu toplantı və mərasimləri işıqlandırmaq üçün akreditasiyadan keçib.
Qeyd edək ki, Çanaqqala quru savaşlarının 100 illiyinin 24 apreldə qeyd edilməsi təklifi 15 yanvarda Ankarada Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan tərəfindən gündəmə gətirilib. Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin bu addımını müdrik qərar adlandıraraq təşəbbüsü dəstəklədiyini bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam