Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Azərbaycanımızın Çanaqqalada verdiyi şəhidlər bizə əmanətdir”

 

Türkiyənin baş naziri Əhməd Davudoğlu Çanaqqala zəfərinin 100-cü ildönümü münasibətilə bu şəhərin stadionunda keçirilən mərasimdə çıxış edib. 

"Xeberinfo.com":  APA-nın Çanaqqalaya ezam olunmuş Türkiyə müxbirinin xəbərinə görə, Ə. Davudoğlu Qazı Mustafa Kamal və Çanaqqalada həyatını itirən şəhidlərin ruhu qarşısında baş əydiyini bildirib:“Allah sizdən razı olsun. Bu torpaqlara müstəqillik, birlik və bərabərlik toxumlarını sizlər əkib getdiniz. Əmanətinizin indi daha güclü əllərdə olduğuna əmin olun. Əziz Azərbaycanımızın Çanaqqalada verdiyi şəhidlər bizə əmanət olduğu kimi, bir necə ay qabaq baş nazir kimi Bakıya gedərkən ziyarət etdiyim Nuri paşanın, Qafqaz İslam Ordusunun şəhidləri də Azərbaycanımıza əmanətdir. Mənsub olduğumuz coğrafiyanın hər bir evində Çanaqqala zəfərinin xatirəsi var”.
Baş nazir Davudoğlu çıxışını bitirdikdən sonra mərasimdə iştirak edən məktəblilərlə salamlaşaraq onlarla fotolar çəkdirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam