Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

İstanbulda Çanaqqala Sülh Zirvəsi başladı

 

İstanbulda Çanaqqala savaşlarının 100-cü ildönümünə həsr edilmiş Sülh Zirvəsi başlayıb.

"Xeberinfo.com":  Sülh Zirvəsinin ilk toplantısına Türkiyə Xarici İşlər Nazirliyinin Siyasət planlaşdırması idarəsinin baş direktoru Altay Cengizər moderatorluq edib.

Açılış toplantısında çıxış edən Kembric (Cambridge) Universitetinin professoru Kristofer Klark (Christopher Clark), Oksford (Oxford) Universitetinin professorları Marqaret Makmillan (Margaret MacMillan), Hyu Strakan (Sir Hew Strachan), Prinston (Princeton) Universitetinin professoru Şükrü Hanioğlu və universitetin dosenti Maykl Reynolds (Michael A. Reynolds) İ Dünya müharibəsi illərində Osmanlı torpaqlarında cərəyan etmiş proseslərə qlobal miqyasda baxmağın lüzumuna diqqəti cəlb edərək, “soyqırım” iddialarının da dövrün şərtləri çərçivəsində dəyərləndirilməsinin vacibliyini vurğulayıblar. Osmanlı ermənilərinin Çar Rusiyası tərəfindən istifadə edilməsinin əsas məqsədinin Qara dəniz üzərində hakimiyyəti ələ keçirərək İstanbul boğazını bağlamaq olduğunu xatırladan məruzəçilər, digər tərəfdən, ingilislərin də Çanaqqala boğazını ələ keçirərək Marmara və Egey dənizində hakimiyyət qurmaq istədiklərini, bu şəraitdə imperialist dövlətlərinin təhrikiylə özlərinə müstəqil dövlət qurmaq istəyən ermənilərin buna nail ola bilmədiklərini bildiriblər.

Sülh Zirvəsinin açılış toplantısında çıxış edən Avropa Şurasının baş katibi Torbyorn Yaqland (Thorbjorn Jagland) isə İ Dünya müharibəsi illərində yaşanmış hadisələrin bir daha yaşanmaması üçün BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü olan ölkələrin kollektiv məsuliyyət daşımasının vacibliyindən bəhs edib. T. Yagland Suriyada və Ukraynada baş verən hadisələrlə əlaqədar BMT Təhlükəsizlik Şurasının üzvü olan ölkələri daha qəti addımlar atmağa çağırıb.

Açılış toplantısından sonra APA-nın “Çıxışınızda müasir dünyada faciəli hadisələrin yaşanmaması üçün BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvünün kollektiv məsuliyyət daşımasının lüzumundan bəhs etdiniz. Sizcə, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi və faciəyə məruz qalmış 1 milyon qaçqının öz yurdlarına qayıtması üçün Təhlükəsizlik Şurasının üzvü olan ölkələr kollektiv məsuliyyət nümayiş etdirdilərmi?” - sualına cavab verən T.Yaqland deyib ki, bu məsələ ATƏT-in Minsk Qrupuna həvalə edilib.

“Amma Minsk Qrupu 23 ildə bu problemin həllinə nail olma bilmədi. Eyni şəkildə davam etməsinin faydası varmı?” - sualına Avropa Şurasının baş katibi “Bu məsələ Minsk Qrupunun öhdəsindədir. Onlar məşğuldurlar, problemin həll yollarını da onlar axtarırlar” - deyə cavab verib.

Sülh Zirvəsinin açılış toplantısında azərbaycanlı alimlər, AMEA-nın müxbir üzvü, millət vəkili Nizami Cəfərov, AMEA-nın müxbir üzvü, millət vəkili Yaqub Məmmədov da iştirak ediblər. Baş nazirin müavini Əli Əhmədovun başçılığı altındakı Azərbaycan nümayəndə heyətinin sammitin axşamüstü keçiriləcək iclasında iştirakı nəzərdə tutulub. Həmin iclasda Türkiyənin baş naziri Əhməd Davudoğlu çıxış edəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam