Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Aİ Azərbaycanın Avropameylli addımlarını qiymətləndirmir"

 

"Avropa İttifaqı Azərbaycan və Türkiyənin Avropaya meylli siyasətinə diqqət yetirmir və Rusiyanın etibarlı müttəfiqi olan Ermənistana daha çox diqqət ayırır".
"Xeberinfo.com":  Məlumata görə, bunu "Trend"-ə siyasi analitik, Markett Universitetinin (Marquette University) beynəlxalq münasibətlər üzrə eksperti Piter Teys bildirib.
Onun sözlərinə görə, Avrasiya İqtisadi Birliyinə (AİB) daxil olan Ermənistan geridə qalan və kölgə iqtisadiyyatına malik ölkədir ki, Moskva ilə koordinasiyalı xarici siyasət yeridir, Cənubi Qafqazın tarixini təhrif edən, Azərbaycanın dünyadakı imicinə zərər vuran kampaniyalar aparır.
Ekspertin sözlərinə görə, digər tərəfdən rəsmi Bakının tarazlı siyasəti, beynəlxalq arenadakı fəaliyyəti heç də başqa Qərbi Avropa ölkələrindən geri qalmır.
Teys qeyd edib ki, münaqişələrin sülh yolu ilə həllində Azərbaycanın göstərdiyi mövqe xüsusilə onun öz ərazi bütövlüyünün pozulmasıyla bağlıdır. O, Azərbaycanın sülhə meylli olmasını Avropa dəyərlərinə təəssüb kimi qiymətləndirib.
Ekspert əlavə edib ki, Aİ-nin xarici siyasətindəki bu unutqanlığa görə, məhz ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllində səmərəli rol oynamalı, erməniyönümlü piar təşkilatlarının təsiri olan hər hansı addımlardan çəkinməlidir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam