Redaktor seçimi
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Günün xəbəri

"Avropa Birliyi ilə əlaqələr yenidən canlanacaq"

Azay Quliyev:

 

 

“Avropa Birliyi ilə münasibətlərimizin sərinləməsinə baxmayaraq, Azərbaycan Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Frederik Moqerinin ölkəmizə planlaşdırılan səfərinə böyük önəm verir”.
Xeberinfo.com:  Məlumata görə, bunu İsrailin tanınmış “European Jewish Press” saytına açıqlamasında ATƏT PA-nın Büro üzvü, Siyasi məsələlər komitəsinin sədr müavini, deputat Azay Quliyev deyib. Onun sözlərinə görə, bu səfər nəticəsində Avropa Birliyi ilə Azərbaycan arasında olan anlaşımazlıq aradan qalxacaq və əlaqələr yenidən canlanacaq: "Azərbaycan Avropa Birliyinə bu qurumla sıx əməkdaşlığa əsaslanan srateji tərəfdaşlıq təklif edib".
Dağlıq Qarabağ məsələsinə gəlincə isə, A.Quliyev vurğulayıb ki, AB rəhbərliyi Azərbaycanın beynəlxalq hüquq çərçivəsində qəbul edilən sərhədlərinin və ərazi bütövlüyünün toxunulmazlığını tanımalıdır:
"Əgər siz Ukrayna və Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyirsinizsə, nə üçün Azərbaycanın da ərazi bütövlüyünü dəstəkləmirsiniz? Biz ümid edirik ki, bu münaqişə sülh yolu ilə həll ediləcək və işğal olunmuş ərazilər Azərbaycana qaytarılacaq"
A.Quliyev həmçinin bildirib ki, antisemitizm və islamafobiya dünyada əsas təhlükə olduğu bir vaxtda Azərbaycanın multikulturalizm modeli dünya üçün bir nümunə götürülməlidir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam