Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Azərbaycanın Ermənistanı sülhə məcbur etmək üçün bütün imkanları var"

 

"Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində vəziyyət çox mürəkkəbdir. Bu, böyük insan faciəsidir".

Xeberinfo.com:  İsrailin Cənubi Qafqaz Araşdırmaları Assosiasiyasının sədri, Hayfa Universitetinin doktorantı, beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut belə deyib.

A.Qut Ermənistan silahlı qüvvələri tərəfindən yaşayış məntəqələrinə intensiv artilleriya zərbələri endirilməsi nəticəsində mülki əhaliyə dəymiş ziyanın nəticələri ilə tanış olmaq üçün cəbhə bölgəsinə səfər edib.

Ekspertin sözlərinə görə, cəbhə bölgəsində yaşayan insanlar, demək olar ki, normal həyatdan məhrum ediliblər: 

"Cəbhəyanı kəndlərin sakinləri normal yaşaya və öz uşaqlarını tərbiyə edə bilmirlər, onlar daim raket və artilleriya atəşi altındadırlar. Bu, çox çətindir. Mən bir israilli olaraq həmin insanları yaxşı başa düşürəm, biz raket və artilleriya atəşi altında yaşamağın nə olduğunu yaxşı bilirik. Əlbəttə ki, vəziyyəti dəyişmək lazımdır".

O, əlavə edib ki, Azərbaycan bu gün regionda yüksək geosiyasi çəkiyə, eləcə də Cənubi Qafqazda ən güclü ordulardan birinə malikdir: 

"Düşünürəm ki, əgər sülh yolu ilə həll olunmasa, Azərbaycanın beynəlxalq hüquq normaları çərçivəsində bu məsələni təkbaşına həll etməyə tam hüququ var. Əgər Ermənistan tərəfi sülh yolu ilə münaqişəni həll etməyə hazır deyilsə, Azərbaycanın geosiyasi, hərbi, iqtisadi də daxil olmaqla, bütün imkanları var ki, Ermənistanı sülhə məcbur etsin". 

Trend


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam