Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Piter Teys:"Saakyanın Vaşinqtona girişinə icazə verilməsi ABŞ-ın Azərbaycana qarşı ikili standartlar siyasətini əks etdirir"

Piter Teys:

 

 

Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış oyuncaq rejimin "başçısı" kimi özünü təqdim edən Bako Saakyanın ABŞ-a səfəri Vaşinqtonla Bakı arasında ikitərəfli münasibətlərə ciddi ziyan vura bilər

 

Yenixeber.org: Markett Universitetin beynəlxalq əlaqələr üzrə eksperti Piter Teys bildirib.

O, qeyd edib: "Hərbi cinayətkar Bako Saakyanıb Vaşinqtona bu yaxınlardakı səfəri Birləşmiş Ştatlar və Azərbaycan arasında ikitərəfli münasibətlərə ciddi ziyan vura bilər".

P.Teys əmindir ki, ABŞ Dövlət departamenti Vaşinqtona belə səfərlərin qarşısını almaq üçün ciddi tədbirlər görə bilər: "Bu faktdır ki, ABŞ dövlət katibi Reks Tillerson Albaniyanın sabiq baş prokuroru Adriatik Lala (korrupsiyada ittiham olunan) və onun ailəsinə Birləşmiş Ştatlara girmələrinə qadağa qoyub. Mən əminəm ki, Dövlət Departamenti Birləşmiş Ştatların Konqresində və digər hökumət strukturlarında görüşlər keçirmək məqsədilə edilən hər bir səfər zamanı qanunsuz rejimin "rəhbərliyinə" qarşı analoji addımlar ata bilər".

Piter Teys təəssüflə qeyd edib ki, bu günə qədər bu məsələ həll edilməmiş qalır və bəzi beynəlxalq aktorlar və ABŞ hökumət rəsmilərinin Azərbaycanın ərazi bütövlüyünə qarşı tətbiq edilən ikili standartların nümunəsidir.

Qeyd edək ki, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin "prezidenti" kimi özünü təqdim edən Bako Saakyanın ABŞ-a səfəri və ABŞ Konqresinin inzibati binasında qondarma rejimi təbliğ edən tədbir keçirməsi ilə əlaqədar olaraq, Birləşmiş Ştatların Azərbaycandakı səfiri Robert Sekuta bir müddət əvvəl Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. Səfirə Azərbaycan Xarici İşlər Nazirliyinin ABŞ Dövlət Departamentinə ünvanlandığı etiraz notası təqdim edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam