Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

“Bəzi ölkələr 100 il əvvəlki hadisələr üzərində nifrət toxumları səpir”

 

“Bu gün bəziləri üçüncü ölkələrin təhriki ilə bizə qarşı kin-küdurət bəsləyir, nifrət ədəbiyyatı yayır“

"Xeberinfo.com":   APA-nın Türkiyə bürosunun məlumatına görə, bu sözləri Türkiyənin baş naziri Əhməd Davudoğlu deyib.
 İstanbulda keçirilən  Sülh Zirvəsində çıxış edən Əhməd Davudoğlu Çanaqqala savaşında nəinki Osmanlı imperiyasının, bölgənin digər xalqlarının da taleyinin həll edildiyini, Çanaqqalanı müdafiə edən qüvvələr arasında müxtəlif etnik qruplara mənsub insanların olduğunu xatırladıb: ”Çanaqqalada köksünü sipər edib əziz vətən torpaqlarını müdafiə edən qəhrəmanlarımız 5 ildən sonra - 23 aprel 1923-cü ildə Qazi Mustafa Kamal Atatürkün öndərliyində Türkiyə Böyük Məclisini quraraq  İstiqlal savaşını davam etdirmiş, ölkəmizi düşmənlərdən tamamilə təmizləyəndən sonra  29 oktyabr 1923-cü ildə Türkiyə Cümhuriyyətini elan ediblər. Biz Çanaqqala savaşında əxlaqlı mübarizə aparmışıq, yaralı düşmənlərimizin imdadına yetişmişik. Çanaqqalada avstraliyalı və yeni zelandiyalılarla savaşmağımıza baxmayaraq, daha sonra biz o savaşdan dostluq çıxarmışıq. Çanaqqala savaşına bizə qarşı savaşmağa gələn Conilərlə, Tonilərlə Əhmədlər- Məhmədlər daha sonra  necə dost oldularsa, bu gün də mərasimə gələn Conilərlə-Tonilərlə mən Məhməd oğlu Əhməd eyni şəkildə dostuq”.
 
I Dünya Müharibəsi dövründə Osmanlı imperiyasında yaşanmış acı hadisələrdə həyatını itirənlərə başsağlığı diləyən Əhməd Davudoğlu, Türkiyənin heç vaxt o savaşlar üzərində kin-nifrət toxumu səpmədiyini, kin-küdurət ədəbiyyatı yaratmadığını vurğulayıb: “Bu gün bəziləri, xüsusilə, üçüncü ölkələrin təhriki ilə bizə qarşı kin-küdurət bəsləyir, nifrət ədəbiyyatı yayır. Onlara demək istəyirik ki, sülh yaratmaq istəyirlərsə, kin-nifrət ədəbiyyatından vaz keçsinlər. Burada olan və ya olmayan dünya liderlərinə səslənirəm: bir daha savaşların yaşanmaması üçün kin-nifrət dilindən vaz keçib sülh yolunu tutaq. 100-cü ilində Çanaqqala ruhu bu baxımdan hamımıza örnək ola bilər və olmalıdır. Tarixdən lazımi dərsləri çıxaraq, ancaq tarix üzərindən başqalarına qarşı kin-nifrət toxumları səpməyək”.  

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam