Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Dövlət başçısı Azərbaycanın Türkiyəyə yatırdığı sərmayənin məbləğini açıqladı

Dövlət başçısı Azərbaycanın Türkiyəyə yatırdığı sərmayənin məbləğini açıqladı

 

"Azərbaycanla Türkiyə arasında imzalanan imtiyazlı ticarət anlaşması böyük əhəmiyyət daşıyır. Bu, ticarət dövriyyəsinin artmasına imkan verəcək"

 

Yenixeber.org: Bunu Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 6-cı toplantısından sonra keçirilən mətbuat konfransında prezident İlham Əliyev deyib.

Ölkə başçısı deyib ki, Azərbaycan indiyə kimi Türkiyəyə 10 mlrd. dollar, Türkiyə isə Azərbaycana 11 mlrd. dollar sərmayə qoyub: "Bu sərmayə artacaq. Azərbaycanın Türkiyəyə yatırdığı sərmayənin həcmi 20 mlrd. dollara çatmalıdır".

Prezident vurğulayıb ki, bugünkü toplantıda enerji nəqliyyat məsələləri ənənəvi olaraq müzakirə edilib. "Bütün qarşımıza qoyulan məsələlər öz həllini tapdı. Biz qarşıya qoyulan hədəflərimizə doğru irəliləyirik. TANAP-ın icrası ilə bağlı problem yoxdur. Yaxın vaxtlarda bu layihənin icrası başa çatacaq. Ötən gün Bakı-Tbilisi-Qars layihəsi istismara verildi. Bu tarixi hadisəni qeyd etdik. Bu, bizim böyük uğurumuz və qələbəmizdir. Türkiyə və Azərbaycanın iştirak etdiyi və təşəbbüskarı olduğu bütün layihələr icra edilir".

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam