Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Bu, özünü prezident adlandırana yaraşmaz"

 

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə bu gün Türkiyənin Əziz Mahmud Hüdayi Vəqfinin fəxri başqanı Osman Nuri Topbaşın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

"Xeberinfo.com":  Trend-in məlumatına görə, A.Paşazadə görüşdə Ermənistan prezidenti Serj Sarkisyanı siyasi riyakar adlandırıb.

A.Paşazadə S.Sarkisyanın bir neçə gün əvvəl qondarma “erməni soyqırımı” ilə bağlı İrəvanda etdiyi çıxışa toxunaraq qeyd edib ki, özünü prezident adlandıran şəxs tarixi faktları saxtalaşdıraraq siyasi riyakarlıq edib:

“Deyir ki, bu tədbiri dünyaya sülhün çatdırılması, ölkələrin dostluğu naminə keçirir. O zaman mən ondan soruşuram, əgər sən belə sülh carçısısansa, cəmi 23 il bundan əvvəl elə öz iştirakınla Xocalıda törədilən soyqırımı niyə dilə gətirmirsən?! Niyə bundan danışmırsan?! Axı sən özün də etiraf etmisən ki, Dağlıq Qarabağda azərbaycanlıları necə qırmısınız. Bu necə sülh və ədalətdir ki, 100 il əvvəlki bir hadisəni indi “soyqırımı” kimi dünyaya bayraq edirsən, amma Dağlıq Qarabağda azərbaycanlıların qanına susamağınızı görməməzliyə vurursan. Axı bu, ən azı siyasi riyakarlıqdır və özünü prezident adlandırana yaraşmaz”.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam