Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bu YAP-çılar yenidən namizəd olacaq-SİYAHI

 

Hakim Yeni Azərbaycan Partiyası (YAP) 9 fevral 2020-ci il tarixdə keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı namizədləri müəyyənləşdirsə də, hələ siyahını açıqlamayıb. 

Yenixeber.org: Bəzi məlumatlara görə, YAP-ın namizədlər siyahısı dekabrın 15-də açıqlanacaq. YAP-ın icra katibi Əli Əhmədovun “burada yeni simalar və əvvəlki tərkibində olan simaları da görəcəksiniz” sözlərindən sonra köhnə tərkibdən kimlərin siyahıda yer alacağı barədə müxtəlif məlumatlar yayılır. 

Məlumatlarda köhnə tərkibdən olacaq namizədlərin arasında aşağıdakı şəxslərin adı çəkilir. Bahar Muradova , Ziyafət Əsgərov, Cavid Qurbanov, Eldar İbrahimov, Səyavuş Novruzov, Səməd Seyidov, Əli Hüseynov. YAP-ın həmçinin bitərəf deputatlar Qənirə Paşayeva, Adil Əliyev, Ülvi Quliyevə də dəstək verəcəyi haqda məlumatlar yayılıb.

Bu siyahı böyüyə də bilər. Çünki köhnə tərkibdən yeni parlamentdə təmsil olunmaq isətəyən başqa iddialılar da var. Bəzi məlumatlara görə, Hadı Rəcəbli, Zeynəb Xanlarova, Fəttah Heydərov, Arif Rəhimzadə, Hacı Madər Musayev, İmamverdi İsmayılov, Elmira Axundova və başqa bir neçə şəxs yenidən deputat seçilmək istəyir. 

Məlumatlarda bildirilir ki, onlardan bəzilərinə artıq yox cavab verilib. Bu sırada xüsusilə Elmira Axundovanın adı çəkilir. İddia olunur ki, ona yeni parlamentdə təmsil olunmayacağı qəti şəkildə bildirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam