Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Günün xəbəri

"Barış Pınarı Hərəkatı":Suriya Demokratik Qüvvələri Suriyanın şimalındakı Ras'ul Ayn şəhərindən çıxdıqlarını açıqlayıb

 

 

Fotonun müəllifi: REUTERS
Image captionSDQ sözçüsü Kino Gabriel

Yenixeber.org: Suriya Demokratik Qüvvələri (SDK) Türkiyə sərhəddi yaxınlığındakı Ras'ul Ayn şəhərində olan hərbi qrupun geri çəkildiyini açıqlayıb. SDQ sözçüsü Kino Gabriel, "Artıq şəhərdə döyüşçümüz yoxdur" deyib.

Bazar günü Kürd Demokratik Birlik partiyasının (PYD) silahlı qanadı olan Xalq Mühafizə Qruplarının (YPG) bəzi döyüşçülərini və yaralıları daşıyan böyük bir maşın karvanı Ras'ul Ayn-dan gedib. Bəzi mülki şəxslərin də şəhəri tərk etdiyi müşahidə olunub.

Suriya Milli Ordusunun sözçüsü Yusuf Hamud isə SDQ-nin Ras'ul Ayn şəhərindən "tamamən getdiklərini" söyləyib.

SDQ-nin əsas hissəsini YPG təşkil edir. Türkiyə YPG-ni "terror təşkilatı" saydığı PKK-nın Suriyadakı qolu hesab edir.

Türkiyənin Milli Müdafiə Nazirliyindən bazar günü verilən açıqlamada isə "Barış Pınarı Hərəkatı"-da atəşkəs elan edildikdən bəri "55 maşından ibarət karvanın Ras'ul Ayn-a daxil olduğu və 86 maşından ibarət karvanın isə Tel Tamir istiqamətində şəhərdən çıxdığı" bildirilib.

Türkiyə oktyabrın 9-da Suriyanın şimalında və Fırat çayının şərqində başladığı "Barış Pınarı Hərəkatı" ilə Tel Abyad və Ras'ul Ayn şəhərləri olan bölgəyə yönəlib.

Hərəkatın 8-ci günü Türkiyə prezidenti Recep Tayyip Erdoğanın başçılıq etdiyi heyətlə ABŞ-ın vitse-prezidenti Mike Pence-nin başçılıq etdiyi heyət arasında görüşdə razılaşma əldə olunub.

Türkiyə prezidenti Recep Tayyip Erdoğan və ABŞ-ın vitse-prezidenti Mike PenceFotonun müəllifi :AFP
Image captionTürkiyə prezidenti Recep Tayyip Erdoğan və ABŞ-ın vitse-prezidenti Mike Pence

Razılaşmaya görə, Türkiyə 120 saat müddətində hərbi əməliyyatları dayandıracaq və bu müddət ərzində YPG təqribən 32 km-lik ərazidə yaradılacaq təhlükəsiz bölgənin gerisinə çəkiləcək. Bu müddət çərşənbə axşamı gün başa çatır.

Türkiyənin əsas məqsədi kürdlərin Xalq Qoruma Birliyini (YPG) öz sərhədlərindən uzaqlaşdırmaqdır. Ankara onları "terrorçu" hesab edir.

Türkiyə hakimiyyəti Suriyanın şimal-şərqində sərhəd boyu kürd silahlılarının olmayacağı 32 kilometrlik "təhlükəsiz zona" yaratmaq istəyir.

Ankara "təhlükəsiz zonada" hazırda Türkiyədə yaşayan 2 milyon suriyalı qaçqını yerləşdirmək istəyir. Suriyada 2011-ci ildə başlamış vətəndaş müharibəsinə görə ölkəni tərk etmiş suriyalıların 3,6 milyon nəfəri Türkiyədədir.(BBC)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam