Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Günün xəbəri

Vaqif Mustafayev şadlıq evləri operatorlarını iş vədi ilə “Space”ə dəvət edib?

 


“Space”in daha iki əməkdaşı istefa verib


 Yenixeber.org: Azərbaycanın “Space” televiziya kanalında çalışanlardan daha iki operator istefa verib. Sözügedən kanalın işçilərindən redaksiyamıza daxil olan məlumatda deyilir ki, buna səbəb onların aylardır kanaldan maaş ala bilməmələridir.

Onların sözlərinə görə, dəfələrlə kanal rəhbərliyinə maaşla bağlı yazılı və şifahi şəkidə müraciət etsələr də, bir nəticəsi olmayıb. 

Vəziyyət o həddə çatıb ki, telekanalın baş operator vəzifəsini icra edən Fuad Atakişiyev də istefa ərizəsini yazaraq işdən ayrılmaq məcburiyyətində qalıb.

Fuad Atakişiyev

Baş operatorun istefası kanalın fəaliyyətinə təsirsiz ötüşməyib. Kanal çalışnalarından verilən məlumatda bildirilir ki, verlişlər texniki işçilərin çatışmaması səbəbinən təyin olunan vaxtda çəkilməyib. 

Ötən gün isə, Elgün Hümbətov adlı daha bir operator öz ərizəsi ilə “Space” dən ayrılıb.

Elgün Hümbətov

Çıxılmaz vəziyyətdə qalan kanal rəhbərliyi Bakı və rayonlardakı şadlıq evlərində çalışan operatorları iş vədi ilə kanala dəvət edib. Aldığımız məlumatda deyilir ki, “Space” in bir əməkdaşı kanala dəvət olunan operatorların hər birindən 300-500 manat arası pul alaraq onlara bildirib ki, bir aylıq təcrübədən sonra hər birinizin işlə bağlı əmri veriləcək. 

Lakin bunun sadəcə bir vəd olduğunu anlayan operatorlar ötən gün “Space” telekanalının rəhbəri, tanınmış kinorejissor Vaqif Mustafayevlə görüşmək istədiklərini bildiriblər. V.Mustafayevin köməkçisi həmin operatorlara deyib ki, onlara “Space” rəhbərliyi tərəfindən heç bir zaman iş vədi verilməyib.(AzEuroNews

“Space” in rəhbərliyindən məsələ ilə bağlı açıqlama almaq mümkün olmayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam