“Azərsu”da da vergi yoxlamaları aparılır-İddia
"Relax” istirahət mərkəzindən sonra dünəndən "Azərsu” ASC-də də vergi yoxlamalarının aparıldığı bildirilir.
Mövzu ilə bağlı hələ ki rəsmi açıqlama yoxdur.
Yenixeber.org: Redaksiyamıza verilən məlumat görə, indiyə qədər "Azərsu"da hər üç ildən bir formal vergi yoxlamaları aparılıb.
Hazırda isə qurumla bağlı narazılıq var. Belə ki, "Azərsu” ASC-nin 243,523 mln. manat borcu var.
Bir neçə gün öncə "report.az"ın yaydığı məlumata görə, "Azərsu” ASC-nin faiz hesablanan kredit və borc öhdəliyi bu il yanvarın 1-nə 243,523 mln. manat təşkil edib.
Səhmdar cəmiyyətin maliyyə hesabatına görə, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 2% çoxdur.
Hesabat dövründə "Azərsu”yun Maliyyə Nazirliyinə borcu 27% artaraq 90,778 milyon manat, Almaniyanın dövlət bankı KfW-yə borcu 10,6% artaraq 60,569 milyon manat, Fransanın korporativ və investisiya bankı "Natixis”ə borcu 12,8% azalaraq 44,527 milyon manat, Dünya Bankına borcu 24,7% azalaraq 34,781 milyon manat, Asiya İnkişaf Bankına (ADB) borcu 16,05% azalaraq 73 min manat, "Azərbaycan Beynəlxalq Bankı” ASC-yə (ABB) borcu isə təxminən 3% artaraq 73 min manat olub.
Səhmdar cəmiyyətinə borcu Maliyyə Nazirliyi faizsiz, KfW illik 0,75%-lə, "Natixis” illik 2,45%-lə, Dünya Bankı illik 0,75%-lə, ADB illik 2,5%-lə, ABB isə illik 1%-lə verib.
İtisadçı ekspert Toğrul Maşallı isə bir Arqument.az-a deyib ki, qurumun "Azərsu" ASC-nin borclar əsasən əməliyyat fəaliyyəti ilə bağlıdır.
Onun sözlərinə görə, qurum hansısa cari fəaliyyətlə bağlı götürdüyü kreditin xərclənmə istiqamətini hesabatda göstərməyib: "Maliyyə Nazirliyindən müəyyən kreditlər götürürlər ki, daha sonra özləri ödəsinlər. Hesabatda isə bu borcu nə məqsədlə götürdükləri barədə dəqiq məlumat yoxdur. Məncə, buna da aydınlıq gətirilməlidir".
Qeyd edək ki, "Relax” istirahət mərkəzinin sahibi deputat İqbal Məmmədov "Azərsu” rəhbəri Qorxmaz Hüseynovla yaxın dostdur. Bunu İqbal Məmmədov modern.az-a müsahibəsində özü təsdiqləmişdi.(Bu barədə sosial mediada məlumat paylaşılıb)
Mövzunu diqqətdə saxlayacağıq.