Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

AZƏRBAYCAN DİASPORUNUN ERMƏNİLƏŞMİŞ RƏHBƏRİ -Ona bu səlahiyyəti kim verib? + VİDEO

268989_res_01

Təəccüblənmiş azərbaycanlıların İranın keçmiş prezidenti Mahmud Əhmədinejadın Milad bayramı münasibətilə tədbirlərdə ölkənin erməni icmasına baş çəkməsini müzakirə etdikləri bir vaxtda Azərbaycanın Rusiyanın Rostov-Don şəhərindəki diasporunun rəhbəri Vaqif Mustafayev də erməni xalqını bu bayram münasibətilə təbrik edir, özü də bütün azərbaycanlıların adından (?!).

Yenixeber.org: V.Mustafayev ötən ilin oktyabrında da Ermənistana belə bir təbrik yollamış və erməni xalqını müstəqilliklərinin 25 illiyi münasibətilə təbrik etmişdi. Yenə də “bütün azərbaycanlıların” adından.

İki il əvvəl isə yenə də o, Rusiyanın bu regionunun erməniləri tərəfindən təşkil edilmiş tədbirdə iştirak edərək, nitq söyləmişdi. O zaman mətbuat yazırdı ki, “Vaqif Mustafayevin təbriki ermənilərə xüsusilə xoş təsir bağışlamışdı”.

Vaqif Mustafayev Azərbaycan ictimaiyyətinin diqqətini ilk dəfə hələ 2015-ci ildə özünə cəlb etmişdi. O vaxt diaspor rəhbəri Rostov hakimiyyətinin icazəsi olmadan erməni separatçılarının təşkil etdiyi tədbirdə iştirak etmiş və səhnədə “DQR bayrağı” adlanan əski parçasını dalğalandıran qarabağlı rəqqasların çıxışını ayaq üstə alqışlamışdı.

Prinsip etibarilə ermənipərəst mövqedə olması Vaqif Mustafayevin şəxsi işidir, lakin nəyə görə o, bununla birlikdə Azərbaycan diasporuna rəhbərliyini davam etdirir və “bütün azərbaycanlılar” adından təbriklər göndərir?! Ona bu səlahiyyəti kim verib?

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam