Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Yaponiya və ABŞ liderləri Şimali Koreyaya qarşı:"Təzyiq artırılacaq"

Yaponiyanın Baş naziri Şinzo Abe və ABŞ Prezidenti Donald Tramp raket və nüvə proqramlarını davam etdirən Şimali Koreyaya təzyiqi artırmaq üçün sıx əməkdaşlıq barədə razılığa gəliblər.

Yenixeber.org:  NHK telekanalının yaydığı məlumata görə, iki ölkənin liderləri Almaniyanın Hamburq şəhərində keçirilən G20 sammiti çərçivəsində görüşüblər.

Görüşdə D.Tramp bildirib ki, Şimali Koreya özündə “problem və təhlükəni” əks etdirir. Ş.Abe qeyd edib ki, Pxenyana təzyiqin artırılması zəruridir. ABŞ və Cənubi Koreya liderləri ilə bu günlərdə aparılan danışıqlar Şimali Koreyaya qarşı vahid mövqenin təsdiq olunması baxımından böyük əhəmiyyətə malikdir.

ABŞ və Yaponiya arasında yaranmış ticarət kəsirinə diqqəti yönəldən D.Tramp qarşılıqlı faydaya əsaslanan ticarət əməkdaşlığına çağırıb. Ş.Abe müavini Taro Asonun və ABŞ-ın vitse-prezidenti Mayk Pensin cari ildə nəzərdə tutulan görüşünün iki ölkə arasında konstruktiv iqtisadi dialoq yaradacağına ümidvar olduğunu bildirib.

Görüş zamanı Ş.Abe ABŞ Prezidentini ölkəsinə səfərə dəvət edib


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam