Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

"Biz Putinlə razılaşdıq, Şimali Koreya fitnəkar hərəkətlərindən əl çəkməlidir" -Yaponiyanın baş naziri

 

 

Rusiya prezidenti Vladimir Putin Moskvada Yaponiyanın baş naziri Sindzo Abe ilə görüşdən sonra jurnalistlərə açıqlama verib.

 

Yenixeber.org:  Rusiya KİV-nə istinadən məlumata görə, Putin bildirib ki, Yaponiyanın baş naziri ilə Koreya yarımadasında yaranmış gərginliyi müzakirə ediblər.

 

“Biz Koreya yarımadasındakı vəziyyətə görə narahatıq. Biz danışıqların sürətlə bərpasına çağırırıq. Biz regional dövlətləri müharibə ritorikasından əl çəkməyə və konstruktiv dialoqa çağırırıq”-deyə o bildirib.

Yaponiyanın baş naziri isə deyib ki, ölkəsi ilə Rusiya Şimali Koreyada nüvə silahının hazırlanmasının qadağası haqda BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına davam edəcək.

 

“Biz  prezident Putinlə razılaşdıq ki, Yaponiya ilə Rusiya bu sahədə əməkdaşlıq edəcəklər. Həmçinin Şimali Koreyaya müraciət edəcəyik ki, o fitnəkar hərəkətlərindən əl çəksin və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə riayət etsin”-deyə söyləyib. 

 

Qeyd edək ki, son zamanlar Şimali Koreyanın  ABŞ və Cənubi Koreya ilə münasibətləri daha gərginləşib. Ekspertlər hər an müharibə başlaya biləcəyini istisna etmirlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam