Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Rəngli inqilab üçün çox adam lazım deyil” -Ermənistanda üsyan

“Ermənistan müxalifəti Yerevanda “maydan” təşkil etməyə çalışacaq. Hər şey ondan asılıdır ki, meydana nə qədər adam toplaya biləcəklər”

Yenixeber.org:   Bunu virtualaz.org-a gürcüstanlı politoloq Mamuka Areşidze dünən Ermənistan paytaxtında başlamış hadisələri şərh edərkən deyib.

Xatırladaq ki, Yerevanda “çörək verən” Artur Sarkisyanın ölümü xəbəri kütləvi nümayişlərə səbəb olub. Mərhum A.Sarkisyan ötən ilin yayında Yerevanda polis bölməsini ələ keçirən dəstənin üzvlərinə yemək çatdırdıqdan sonra məşhurlaşmışdı.

Areşidzenin sözlərinə görə, Ermənistan müxalifəti üçün fəallardan birinin ölümü etiraz dalğasını qaldırmağa şərait yaradır. Hansı taktika seçiləcək? Bunu müxalifət aksiyaların kütləviliyini ölçüb-biçdikdən sonra müəyyənləşdirəcək. Və iş “maydan” ssenarisinə qədər gəlib çıxa bilər.

“Rəngli inqilab üçün bütün əhalini küçələrə çıxarmağa ehtiyac yoxdur. Az sayda fəalın olması kifayət edir. Bu yaxınlarda 150-200 nəfərin Batumini darmadağın etməsini xatırlamaq olar”, - Areşidze deyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam