Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Korrupsionerlər əlavə vergi verirmiş:London mülklərinə görə

Yenixeber.org:   Ötən ilin ən əlamətdar xəbərlərindən biri də Panama sənədləri kimi tanınan yüz minlərlə məxfi mülk alqı-satqısı e-mail-inin aşkara çıxması idi. Bundan sonra ölkə başçıları da daxil yüzlərlə siyasətçi və məmurun çirkli və ya büdcədən oğurlanmış pullarla Britaniyada və əsasən onun paytaxtı Londonda bahalı malikənələr və mənzillər aldığı barədə çoxsaylı məqalələr dərc olunmuşdu.Daha sonra isə bu malikanələr barədə söz-söhbət səngimiş və sanki unudulmuşdu. Bahalı London mülklərinin alınması üçün çoxsasylı qondarma ofşor şirkətlərindən istifadə olunduğu da məlum olmuşdu.

Bir çox antikorrupsiyaçı fəal əliəyri rəsmilər üzərində “ədalətin zəfər çaldığını” və oğurluq olduğu iddia edilən mülkiyyətin müsadfirə olunacağını düşünürdülər. Lakin indi Britaniyada çıxan “The Observer” qəzetində dərc edilmiş məqalədən bəlli olur ki, Birləşmiş Krallıqda korrupsiyaçı kriminalların gizli sərvətinin aşkar edilməsi üçün 2013-cü ildən tətbiq edilən yeni vergi növü nəticə etibarilə elə həmin çirkli pul yuyucularına kömək edib.

“The Observer” yazır ki, London və Britaniyada hər birinin dəyəri 20 milyondan artıq olan mənzil və evlərə sahib 200-dən çox əcnəbiyə adlarının açıqlanmaması üçün əlavə olaraq ildə 218 min funt sterlinqlik “xüsusi vergi” ödəmək seçimi verilib. 210 əcnəbi adlarının açıqlanmasındansa, bu vergini ödəmək qərarına gəliblər. Superzəngin əcnəbilərə meqabahalı mülklərini gizlətmək imkanı verən bu vergi “qeyri-təbii şəxslər vergisi” adlanır. Qəzet yazır ki, bu verginin qeyri-adi adı arxasında sadəcə olaraq bahalı evləri qondarma ofşorlar vasitəsi ilə almışşəxslər gizlənir.

Əcnəbi varlılar üçün London mülklərini almaqda kömək edən HW Fisher firmasından Jamie Morrison deyib ki, Britaniyda 20 milyon funtdan bahalı evi olanlar üçün 200 min funt “bir pul deyil”. Bu da qeyd olunur ki, hələ keçmiş baş nazir David Kemeronun hökuməti tərəfindən təklif edilmiş bu vergi növü təkcə ötən il ölkə büdcəsinə 44 milyon funt sterlinq gəlir gətirib.

Məqalədə deyilir ki, Regent Park rayonunda yerləşən ən bahalı London evini Gazpromun direktorlarından biri olan Andrey Qonçarenkonun aldığını Britaniyada bir çoxları bilirlər.

Lakin evi Cəbəllütariqdə qeydiyyatda olan ofşor şirkəti vasitəsilə almış cənab Qonçarenkonun özü mətbuata şərh verməkdən imtina edir. Bu da qeyd edilir ki, Londonun Naytsbric rayonundakı One Hyde Park ünvanındakı mülkdə ofşor şirkətləri vasitəsilə alınmış 20 mənzil var. Məqalədə daha sonra Britaniyanın Vircin adalarındakı ofşor şirkətlər vasitəsilə alınmış bir sıra bahalı mülklərin adları çəkilir. 

Britaniya polisi ümumi dəyəri 180 milyon funt olan London mülklərinə və onların sahiblərinə dair təhqiqat aparırdı. Bu mülklərin əksəriyyətinin korrupsiya və ya başqa kriminal yollarla əldə edilmiş vəsaitlərlə alındığı güman edilir. Təhqiqat altında olan evlərdən biri də Londonun bahalıHampstead rayonunda keçmiş Nigeriya qubernatorlarından James İboriyə aid edilən malikanədir. Bu evi almaq üçün 2, 2 milyon funt ödəmişİborinin özü hazırda həbsxanadadır.

​Londonda bahalı mülklərin satışı ilə məşğul London Central Portfolio şirkətinin baş icraçı direktoru Naomi Heaton deyib ki, “orta vətəndaşa belə mülklərin alınması və onlar üçün əlavə vergi ödənməsi ağlasımaz görünə bilər”, lakin “müəyyən ölkələrdən olan alıcıların öz adlarının gizli saxlanmasını istəmələri başa düşüləndir”. London Central Portfolio firması Londonun Meyfeya, Belqraviya, Naytsbric, Kenzinqton və Çelsi kimi dəbdəbəli rayonlarında 500-dək satlıq mülkü var.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam