Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

“Wi-Fi” ilə internetə qoşulanlara- ŞAD XƏBƏR

 

Çinin elm adamları internetlə məlumatların ötürülməsində yeni bir mərhələyə qədəm qoyublar


Yenixeber.org: Bu barədə Çinin mərkəzi telekanallarından biri olan CCTV məlumat yayıb. Verilən məlumata görə, hazırda çinli alimlər “Wi-Fi” ilə internetə qoşulanlar üçün gözəl imkanlar yaradıblar. Artıq bu vasitə ilə internetə qoşulanlar yüksək sürətdən bəhrələnə biləcəklər.

Belə ki, nadir elementlərdən istifadə edilən “Lİ-Fİ” məlumat ötürülməsində prosesi daha da sürətləndirib. Alimlər bu qurğunun hazırlanmasında nanotexnologiyadan istifadə ediblər. Bu da interneti daha da sürətlərndirib və bağlantını daha da etibarlı edib.

“Lİ-Fİ” ilə internet “Wi-Fi”dan daha da sürətli işləyir. Bundan başqa, “Wi-Fi” bəzən divar kimi əngəlləri keçə bilməyir. Lakin “Lİ-Fİ”yə quraşdırılan LED tipli lampalar vasitəsilə siqnallar daha böyük maneələri yarır.

Ev, ofis və digər yerlərdə sınaqdan keçirilən “Lİ-Fİ” sistemi “Wi-Fi” ilə müqayisədə daha etibarlı olduğu ortaya çıxıb. Buna baxmayaraq, çinli alimlər hələ də bu sistemin üzərində çalışırlar. Çinli fizik Çü Sonq bildirib ki, “Lİ-Fİ” sistemi əhəmiyyətli sistemdir. Onun fikrincə, 6 il ərzində bu sistem informasiya bazarına daxil olacaq.

“Lİ-Fİ” Çindən başqa, Türkiyə və ABŞ-da da sınaqlardan keçirilir. Estoniyanın paytaxtı Tallin şəhərində keçirilən sınaqda məlum olub ki, “Lİ-Fİ” sistemi “Wi-Fi” ilə müqayisədə 100 qat sürətlidir. Bundan başqa, 2015-ci ildə aparılan sınaqlarda məlum olub ki, “Lİ-Fİ” ilə internet 50 GB sürətlə ötürülə bilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam