Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"Xirtdəyinə qədər çirkabın içində olanlar indi mənə də çirkab atırlar" -Aslan İsmayılov Qənimət Zahidin korrupsiya siyahısı haqda

Xeberinfo.com:   Dünən virtualaz.org saytı bəzi Azərbaycan məmurlarının müxalif KİV-ləri, xüsusən AXCP-nin mətbu orqanı olan “Azadlıq” qəzetini və onun eyni adlı saytını maliyyələşdirdiyi barədə material dərc edib.

Materialda “Azadlıq” qəzetinin baş redaktoru ilə vəkil Aslan İsmayılovun əməkdaşlığından bəhs edən epizod da var idi.

Həmin epizodda deyilirdi ki, iş adamları olan Zülfüqarlı qardaşlarının işinin mətbuatda işıqlandırılması üçün onların vəkili Aslan İsmayılov Qənimət Zahidlə razılığa gəlib. Lakin Zülfüqarlı qardaşlarının verdiyi böyük məbləğdə pul Qənimət Zahid və Şahvələd Çobanoğlu tərəfindən mənimsənilib, yazılar isə dayandırılıb.

Aslan İsmayılov virtualaz.org-un redaksiyasına göndərdiyi bəyanatında bildirir ki, o həqiqətən də uzun illər biznesmen Zulfuqarlı qardaşlarının maraqlarını müdafiə edib və "bunun üçün mümkün olan hər şeyi etməyə çalışıb: “Virtualaz.org saytında «Azadlıq» qəzetinin əməkdaşları və bir çox vəzifəli şəxslər haqqında kifayət qədər ağır ittihamlar səslənib (yazılı şərhdə). Fikrim onlara münasibət bildirmək deyil. Adımın həmin yazıda hallandırılması, murdar oyunlara qoşulması cavab verməyimi zəruri etdi. Bildirirəm ki, həqiqətən zorla əmlakları əllərindən alınmış Zülfüqarlı qardaşlarını uzun müddət müdafiə etmişəm və bu yolda əlimdən gələn bütün addımları atmışam. Bu işdə heç bir hədə-qorxudan, təzyiqdən çəkinməmişəm. Ancaq, bəzi murdarlar kimi, heç vaxt qanunsuz iş görməmişəm, onlar kimi qarın, yal düşgünü olmamışam. Sadəcə, bu hakimiyyətin təzyiqi ilə məndən imtina etdiklərinə görə Zülfüqarlı qardaşlarını müdafiə etmək, onların haqqında danışmaq haqqım olmadığından susmuşam. Əks halda, bu gün də onları müdafiə edərdim.

Xirtdəyinə qədər çirkabın içində olanlar indi mənə də çirkab atırlar. Onlara bildirirəm ki, bir vaxt «Bakinskiy raboçiy» qəzetində, 1989-cu ildə bu cür çirkab atdıqları insanın bu gün kölgəsində gizlənib ölkəni talan etmirəm. Bu günə qədər gördüyüm həqiqətləri demişəm və bundan sonra da deyəcəm. İşbirliyində olduqları, türk iş adamını atmış dələduzu, ifşa etmişəm və edəcəm.

Qənimət Zahidin anasının yas yerinə də onunla yaxın münasibətdə olduğuma görə yox, hakimiyyətin haqsızlığına etiraz olaraq getmişəm.

Eyni addımı da, «REAL»a qarşı olan təzyiqlərə etiraz olaraq, onların tədbirinə qatılmaqla atdım. Bu yazını təşkil edənlər kimi gündə bir güclünün yanında olmamışam, əqidəmi pula, vəzifəyə satmamışam. Bundan sonra da haqsızlığa uğramışların yanında olacam”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam