Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"171 saylı məktəbdə bunlar nə gəzir? Nəyi yoxlayırlar?" -Təhsil eksperti ATV-ni "yıxıb-sürüdü"

etibar

 

“Teleaparıcıların çoxu məktəb direktoru görəndə elə bil ki, cani görürlər…”

Xeberinfo.com:   Tanınmış təhsil eksperti Etibar Əliyev “AzPolitika.info”ya açıqlamasında məktəb direktorunun ölümünə bais olmuş jurnalisti və onun çalışdığı telekanalı kəskin tənqid edib:

“Mən Telman Qardaşovun ölümünə təəssüflənirəm. O, həm yaxşı riyaziyyatçı, həm də qabqacıl məktəb direktorlarından biri idi. Televiziyaların əməkdaşları özlərini çox ərköyün aparırlar. Bir çox hallarda isə tərbiyəsizliyə yol verirlər. “Yoxlama” adlı veriliş olar? Elə bu adı eşidən istənilən müəssisə rəhbəri həyəcan keçirə bilər. Teleaparıcıların çoxu məktəb direktoru, yaxud müəllim görəndə elə bil ki, cani görürlər. Namiq Qaraçuxurlu, Ədalət Şükürov və başqa müğənnilərlə isə saatlarla söhbətləşirlər. Onlara pişiklənirlər. Siz bu aparıcı Azər İsmayılov haqqında internetdə axtarış verin və görün o kimdir. Qalmaqal, boşanma, yekəxana müsahibələrdən başqa heç nə tapa bilməzsiniz. İndi soruşmaq lazımdır 171 saylı məktəbdə bunlar nə gəzir? Nəyi yoxlayırlar?

Təhsil sahəsində hansısa xoşagəlməz hadisə baş verəndə azərkimilərin gözləri işiqlanır. Bir pozitiv işi görməzlər. ATV kanalında kimsə bir intellektual verilişə rast gəlibmi? Elə telekanalın belə də aparıcısı olar. Telman Qardaşovun ölümünün səbəbləri ciddi araşdırılmalıdr”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam