Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Türkiyə İsrail məsələsində tam birlik içindədir

Müxalifət Ərdoğana dəstək verdi – Türkiyə İsrail məsələsində tam birlik içindədir

Türkiyənin əsas müxalifət partiyası Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özel İsrail rəhbərliyinin açıqlamalarına sərt reaksiya verib.

Yenixeberorg.com: Türkiyə mediası xəbər verir ki, Özgür Özel Ümit Özdağ ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında İsrail–İran gərginliyi ilə bağlı danışaraq, bölgədə münaqişənin yenidən alovlanmasından narahat olduqlarını və danışıqların nəticəsiz qalmasından təəssüf duyduqlarını bildirib.

Jurnalistin Benjamin Netanyahu və İsrail rəsmilərinin Rəcəb Tayyib Ərdoğan barədə səsləndirdiyi fikirlərlə bağlı sualını cavablandıran Özel bu açıqlamaları “həddini aşmaq” kimi qiymətləndirib. O qeyd edib ki, İsrail rəsmilərinin sosial mediada CHP nümayəndələrini hədəf alması qəbuledilməzdir və bunun heç bir nəticəsi olmayacaq.

Özel vurğulayıb ki, ölkə daxilində siyasi rəqabətə baxmayaraq, milli məsələlərdə birlik qorunur və Türkiyə vahid mövqedən çıxış edir: “Türkiyə tam olaraq bir və bütöv şəkildə eyni tərəfdə – günahsız insanların tərəfində dayanır.”

CHP sədri əlavə edib ki, partiya daxilində İsrailə dəstək verən heç kim yoxdur: “Daxildə siyasi rəqabət bir yana, İsrailə və bu siyasətə heç bir CHP üzvü dəstək verməz. İsraildən tərəf olacaq heç bir CHP-li tapılmaz.”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam