"Rusiya enerjisindən məhrum olsaq..."
Macarıstan Ukraynanın “Türk axını” boru kəmərini zədələməklə, neft blokadasını qaz blokadası ilə davam etdirməsinə icazə verməyəcək.
Yenixeberorg: Bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.
"Biz hər şeyə qadir olan ölkə ilə qarşı-qarşıyayıq. Ukrayna hakimiyyəti “Drujba” neft kəmərini bağlayıb, əvvəllər Rusiya qazının öz ərazisindən tranzitini əngəlləyib, indi isə “Türk axını” qaz kəmərinin infrastrukturuna hücum edir. Biz ucuz rus enerjisindən məhrum olsaq, bütün macar ailələri üçün kommunal qiymətlər bir neçə dəfə artacaq",- o bildirib.









AZ
RU
