Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İranın "kəşfiyyat beyni" yanır -FOTO

Qətərin "Al Jazeera" telekanalının yaydığı son məlumatlara görə, İranın Tehranın qərb hissəsində yerləşən Kosmik Tədqiqatlar Mərkəzi ABŞ və İsrailin birgə hava hücumları nəticəsində ciddi dağıntılara məruz qalıb.
Yenixeber.org: Bu obyekt İranın hərbi və mülki kosmik proqramı üçün strateji əhəmiyyət kəsb edən, xüsusilə peyk çəkilişləri və kəşfiyyat məlumatlarının xəritələşdirilməsi sahəsində ixtisaslaşmış ən mühüm mərkəz sayılır. Hərbi ekspertlər bildirirlər ki, mərkəzin hədəf alınması Tehranın kosmosdan kəşfiyyat aparma və raket zərbələri üçün dəqiq koordinatları müəyyən etmə qabiliyyətinə sarsıdıcı zərbə vurub.
Hücum nəticəsində mərkəzdəki yüksək texnoloji avadanlıqların, server otaqlarının və peyk idarəetmə sistemlərinin sıradan çıxdığı iddia edilir.
İran rəsmiləri hələlik dağıntıların miqyası barədə rəsmi açıqlama verməsələr də, Tehrandakı monitorinq qrupları həmin ərazidən bir neçə saat ərzində güclü tüstü yüksəldiyini və əraziyə girişin tamamilə qapadıldığını təsdiqləyiblər.
Bu zərbə müttəfiqlərin İranda yalnız hərbi bazaları deyil, həm də ölkənin texnoloji-kəşfiyyat potensialını məhv etmək strategiyasının tərkib hissəsi kimi qiymətləndirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam