İranın gizli nüvə obyektinə hücum edildi

İsrail Ordusu Tehran yaxınlığında yerləşən məxfi nüvə obyektinə zərbə endirdiyini açıqlayıb.
Yenixeber.org: Bu barədə İsrail Ordusunun rəsmi nümayəndəsi, briqada generalı Efi Defrin məlumat verib.
“Bir neçə saat əvvəl Minzadəhi bazasına zərbə endirdik. Orada nüvə silahı hazırlamağa çalışan alimlər fəaliyyət göstərirdi,” – o, brifinqdə bildirib.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İranın şəhərlərinə hava zərbələri endirərək hərbi əməliyyata başlayıblar. İran cavab olaraq İsrail ərazisinə raketlər atıb və ABŞ-ın bir sıra Yaxın Şərqdəki hərbi bazalarına da hücum həyata keçirib.









AZ
RU