Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Prezident Administrasiyasından külli miqdarda vəsait oğurlandı... 

Avropa şəhərləri: Varşava – Polşanın paytaxtı və ən böyük şəhəri – FOTOREPORTAJ

Polşa Prezidenti Karol Navrotskinin dəftərxanasının kassasından 500 min zlotidən (təxminən 141 min dollar) çox vəsait oğurlanıb.

Yenixeber.org: Bu barədə Varşava Dairə Prokurorluğuna istinadən yerli "Gazeta Wyborcza" nəşri məlumat yayıb.

Prokuror Pyotr Skiba hadisə ilə bağlı araşdırmaların başladığını bildirib: "Artıq ilk şahidlər dindirilir, dəymiş ziyanın dəqiq məbləği və zərərçəkənlərin sayı müəyyənləşdirilir".

Nəşr istintaq sirrinə istinadən cinayətin digər təfərrüatlarını açıqlamayıb. Lakin məlumatda qeyd olunur ki, oğurluq hadisəsində Prezident Administrasiyasının bir neçə əməkdaşının əli ola bilər.

Hazırda faktla bağlı genişmiqyaslı təhqiqat davam etdirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam