Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Tahir Budaqovun “qəza enişi” və MSK sədrliyi uğrunda gedən mübarizə…

Hakim partiyada ikinci adam olan Tahir Budaqovun gözlənilmədən Dövlət Statistika Komitəsi sədrliyindən başçı səviyyəsinə endirilməsi ciddi suallar yaradıb…

Yenixeber.org: Dünənə qədər hakimiyyət daxilində ciddi fiqurlardan biri hesab olunan və hakim partiyanın bir nömrəli funksioneri olaraq çıxış edən Tahir Budaqovun gözlənilmədən  əsas təsir alətlərindən biri olan Dövlət Statistika Komitəsi sədrliyindən alınması əslidə onun “vurulması kimi qəbul olunur. Qeyd edək ki, YAP sədrinin birinci müavini və bütün dövlət qurumlarına bu və ya digər şəkildə təsir etmək imkanları olan DSK sədrli vəzifələri Tahir Budoqovu kifayət qədər samballı siyasətçi kimi təqdim edirdi. Lakin onun birdən birə başçı səviyyəsinə endirilməsi hakim elita daxilində Tahir Budaqovun artıq siyasi fiqur kimi ciddi şəkildə zəiflədiyini, hətta sıfırlandığını göstərdi.

Bəs Tahir Budaqovun birdən-birə təpədən endirilməsi nəylə bağlıdır?

Qeyd edək ki, bir neçə ay əvvəl Tahir Budaqov, artıq qocalımış və fəaliyyət funksiyaları kifayət qədər məhdudlaşan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun yerinə əsas namizəd hesab olunurdu. Hətta hakimiyyət kuluarlarında bu məsələ öz həllini tapmış kimi görünürdü və çoxları məhz Tahir Budaqovun yeni MSK sədri olacağına şübhə eləmirdi.

Poliqon-nun əldə etdiyi məlumata görə, MSK sədrliyi uğrunda gedən mübarizə Tahir Budaqovun “qəza enişinin” əsas səbəbidir. Belə ki, MSK sədrliyi o qədər strateji qurumdur ki, bu quruma nəzarət etmək də, hakimiyyət qruplaşmaları üçün bir o qədər strateji əhəmiyyət daşıyır. Xatırladaq ki, MSK heç bir dövlət qurumuna tabe olmayan və ölkədə hakimiyyət instutlarını formalaşdıran bir qurumdur. Hazırda isə bu qurumun yenidən formalaşdırılması qaçılmazdır. Bir tərəfdən Məzahir Pənahovun yaş həddi, digər tərəfdən isə, hazırkı MSK-nın Ramiz Mehdiyev tərəfindən formalaşdırılması bu dəyişikliyi zəruri edir. Bu baxımdan MSK sədrliyi hakim elitanın əsas gündəm mövzusudur.

MSK sədrliyinə əsas namizədlərdən birinin bu şəkildə zəzərsizləşdirilməsi isə mübarizənin pik səviyyədə olduğundan xəbər verir.

Qeyd edək ki, Tahir Budaqovun yaxın aylarda YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri vəzifəsindən uzaqlaşdırılması da istisna olunmur. Hər halda Bakının rayonlarından birinə rəhbərlik edən sıradan bir başçının YAP-a rəhbərlik etməsi o qədər də inandırıcı görünmür…/poliqon.info/


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam