Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Azərbaycandan yola salınan neft məhsullarının ilk partiyası Ermənistana çatıb

Azərbaycandan yola salınan neft məhsullarının ilk partiyası Ermənistana çatıb.

Yenixeber.org: Bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan özünün Facebook səhifəsində yazıb.

Onun sözlərinə görə, Azərbaycan mənşəli, 1300 ton tutumlu Aİ-95 markalı benzinlə yüklənmiş 22 vaqonluq qatar Ermənistan-Gürcüstan sərhədindən keçərək Ermənistana çatıb.

"Bəlkə də bu, təkcə Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olmasından sonra yox, həm də ümumiyyətlə müstəqillikdən sonra Ermənistan və Azərbaycan arasında ilk ticarət və iqtisadi sövdələşmədir”, - nazir qeyd edib.

Qeyd edək ki, əldə etdiyimiz məlumata görə, neft məhsullarının ilk partiyası noyabrın 28-də Qəbələ şəhərində Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın görüşündə əldə edilmiş razılaşmaya əsasən ötən gün Bakıdan yola salınıb.Azərbaycan neft məhsullarının Ermənistana ixracı sırf kommersiya xarakterlidir və benzin beynəlxalq bazar qiymətlərinə uyğun satılacaq.

Dekabrın 8-də Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin yaydığı açıqlamada bildirilib ki, dekabrın 5-də Tbilisi tərəfdaşlarından Gürcüstan ərazisindən keçməklə Azərbaycandan Ermənistana birdəfəlik yanacaq tranzitinin reallaşdırılması üçün müraciət alıb: “Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin qərarı ilə Gürcüstan Dəmir Yollarına göstəriş verilib ki, dərhal birdəfəlik əsasda yüklərin dəmiryolu ilə tamamilə pulsuz daşınması həyata keçirilsin”.

Bu, sülh gündəliyinin təkcə deklarativ xarakter daşımadığını, eyni zamanda, praktiki müstəvidə gerçəkləşdirildiyini əyani şəkildə göstərir.

Azərbaycan neft məhsullarının Ermənistana ixracı sülh prosesinin iqtisadi dividendləri konsepsiyasını əks etdirir, iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin yaradılması istiqamətdə mühüm addımdır. Bu, həm də regionda iqtisadi-ticarət əlaqələrinin inkişafına, gələcək dövrdə region ölkələri arasında əlaqələrin genişlənməsinə töhfə verəcək.(apa)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam