Redaktor seçimi
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
Günün xəbəri

Ərdoğan: Zəngəzur dəhlizi məsələsində hər hansı bir problem, fikir ayrılığı yoxdur

 

Zəngəzur dəhlizi məsələsində hər hansı bir problem, fikir ayrılığı yoxdur.

Yenixeber.org xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çin səfərindən qayıdarkən jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Cənubi Qafqaz arzuladığı sülhə qovuşacaq.

"Azərbaycan Prezidenti İlham Əliyevlə  ikitərəfli görüşdə bu ümidi onda gördüm. Ağ Evdə atılan imzalar Azərbaycan-Ermənistan normallaşma prosesinə, təbii ki, sürət qazandırdı. Azərbaycan və Ermənistan sülh yolunda əhəmiyyətli maneələri aşaraq son mərhələyə qədər gəlib çatdılar",- deyə Türkiyə Prezidenti vurğulayıb.

R.T.Ərdoğan əlavə edib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşünə də diqqət çəkib:

"Hər iki görüşdə həm Əliyevin, həm də Paşinyanın eyni mövqedə olduqlarını gördüm. Onlar eyni istiqamətə baxırlar. Zəngəzur dəhlizi məsələsində də hər hansı bir problem və fikir ayrılığı yoxdur. Azərbaycan prezidenti bu məsələdə özünə əmindir. Xüsusilə də ABŞ səfərindəki o görüş, o danışıqlar bu mövzuda atılacaq addımlarda həlledici rol oynayıb".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam